Saqqalda feyz olsa idi, keçi şahlıq edərdi.

###

Uzaq qohumdan yaxın qonşu yaxşıdır.

###

Yaba ilə dovqa içmişəm, belə yalan eşitməmişəm.

###

Qurd tükünü dəyişər, xasiyyətini yox.

###

Borc başlanan yerdə dostluq pozular.

###

Doğruluq harada, çörək də orada.

###

Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar.

###

Ac toyuq yuxuda darı görər.

###

Şirini bilmək üçün acını dadmaq gərək.

###

Qurda rəhm etmək, quzuya zülm etməkdir.

###

Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.

###

İynə özü lüt gəzər, aləmi bəzər.

###

İynə ilə yer qazır.

###

Elə bağın belə də barı olar.

###

Barmağın hansını kəssən, ağrısı eynidir.

###

Qurdun yanına qonaq get, köpəyi də özünlə apar.

###

Pul olmayan yerdə qəpik də puldur.

###

Qismət olsa, gələr Yəməndən, yoxsa çıxar dəhəndən.

###

İstəyirsən bal-çörək, al əlinə bel-kürək.

###

Tənbəl həmişə fikirli olar.

###

Meşə çaqqalsız olmaz.

###

Dost dosta tən gərək, tən olmasa, gen gərək.

###
Səfehin ağası olmaqdansa, ağıllının qulu olmaq yaxşıdır.

###

Özünün yavanı özgənin yağlısından yaxşıdır.

###

Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.

###

Pişik yerə öyrəşər, it adama.

###

Qurd ilə qoyunun nə aşnalığı.

###

Ayı meşədən küsüb, meşənin xəbəri yox.

###

Yaxşı arvad kişini bəy eylər, yaman arvad zay eylər.

###

Hər hürəni it hesab etmə, hər danışanı adam.

###

Bilməmək eyib deyil, öyrənməmək eyibdir.

###

Qaraya sabun, dəliyə nəsihət nə lazım?

###

Tək əldən səs çıxmaz.

###

Qartal milçək tutmaz.

###

Yeməyin ustası, işləməyin xəstəsi.

###

Ağıllı fikirləşincə, dəlinin bir oğlu da oldu.

###

Bəla gələndə «gəlirəm!» deməklə ağız şirin olmur.

###

Zəif həmişə günahkardır.

###

Korun nə vecinə, şamın qiyməti qalxıb.

###

İt hürər, karvan keçər.

###

Atdan düşüb, eşşəyə minmirlər.

###

Şahin göylərdə, qarğa hörmətdə.

###
Dəli utanmaz, yiyəsi utanar.

###

Quzusuna qıymayan, kabab yeyə bilməz.

###

Əyri otur, düz danış.
###

Vay o günə ki, adamın öz iti öz ayağından tuta.
###

Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.

###

Ağıl yaşda deyil, başdadır.

###

Ölmək var, dönmək yoxdur.

###

Dili bal, işi bəla.

###

Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar.

###

Mərd özünü günahlandırır, namərd dostunu.
###

Tısbağanı ya öldürdün, ya tərsinə çevirdin.

###
Axıra qalan dadlı görünər.

###

Dil ki var, ətdəndir, hara döndərərsən, ora dönər.

###

Baş bədənin tacıdır.

###

Bilik olmayan yerdə mərdlik də olmaz.

###

İgid meydanda tanınar.

###