Arpadarai bildirib ki, bu tarix bu ilin dekabrında müəyyənləşəcək:

"Nəzərinizə çatdırmaq istərdik ki, hər il bir qayda olaraq növbəti mövsümün yekun yarış cədvəli cari mövsüm başa çatdıqdan dərhal sonra — dekabrın əvvəllərində Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən içtimaiyyətə təqdim olunur.

Bu baxımdan bildirmək istərdik ki, əlaqədar səlahiyyətli qurumlar tərəfindən növbəti mövsümün yarış cədvəlinə dair hər hansı bir açıqlama verilənədək Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq mediada yayılan məlumatları təsdiq etmirik.

Bir daha qeyd edirik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçirilmə tarixi 2019-cu ilin rəsmi yarış təqvimi elan olunanda — bu ilin dekabr ayında məlum olacaq".