Lyublyana təmsilçisi bu həftə "Əl-Əhli" klubu ilə qarşılaşacaq. Misir çempionu ilə oyunun Xorvatiyada keçiriləcəyi bildirilsə də, vaxtı barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 10-da Lyublyanada olacaq və Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də paytaxtımızda keçiriləcək. Həmin görüşün başlama vaxtı 21:00-dır.