Oxu.Az xəbər verir ki, növbəti oyun günü rapid üzrə üç tur baş tutub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov günün ilk partiyasında Levon Aronyanla (Ermənistan) heç-heçə edib, daha sonra Serqey Karyakinlə (Rusiya) sülhə razılaşıb. Üçüncü partiyada isə Fabiano Karuana (ABŞ) üzərində inamlı qələbə qazanıb.

Hazırda aktivində 7 xal olan Məmmədyarov, üçüncü-beşinci yerləri bölüşür.