Komandamız rəqibinə asanlıqla qalib gəlib. Belə ki, ilk hissəni 10 top öndə bitirən voleybolçularımız növbəti setdə də qələbə qazanıb. Ardınca hesabı 3:0-a çatdıran millimiz qarşılıqlı razılığa əsasən, daha 2 hissə oynayıb. Dördüncü set də təmsilçimizin aktivinə yazılıb. Rəqib yalnız 15-dən oynanılan hissədə üstün olub.

Beləliklə, yığmamız ilk sınaq görüşünü 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbə ilə bitirib.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq komandamızın Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.