ADA-da keçirilən foruma Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva da qatılıb. 

Qonaqları salamlayan ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, universitet lazım olan enerjinin 50 faizini geotermal üsulla alır. Ağıllı texnologiyalardan istifadə etmək imkanlarını daim genişləndirməyə çalışır. 

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, 2050-ci ildə dünya əhalisinin sayı 9.2 milyard nəfərə çatacaq. Ona görə də ərzaq təminatını 60 faiz artırmalıyıq. Nazirin sözlərinə görə, iqlim dəyişikliyi, gübrələrin və pestisidlərin torpağa vurduğu zərər aradan qaldırılmalıdır. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulları 4,3 faiz artıb.

"Münbit torpağımız və şirin  su ehtiyatlarımız məhduddur və biz bundan səmərəli istifadə edərək gələcək təminatımızı qurmalıyıq". 

Aqrar sektorda innovasiyaların tətbiq edilməsi keyfiyyətli ərzaq məhsullarının istehsal edilməsi, ekosistemin qorunması, maliyyə xərcləri azalır, daha çox məhsul götürülür. Mobil təhlillər göstərir ki bu sahənin gəlirliyi 50 milyard manatdan yüksəkdir. 

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemir isə yaxın gələcəkdə dünyada şirin su və ərzaq savaşı başlayacağını anons etdi. 

"Çünki sənayeləşmə güclü şəkildə irəliləyir, kənddən şəhərə axın güclənilir. Gələcəyin 10 ili ağıllı texnologiyaların sürətli inkişafının şahidi olacağıq.  Ancaq kənd təsərrüfatı sektoru prioritet olaraq qalacaq. Nə qədər big data önəmli olacaqsa, yenə də ilk beşlikdə qida və kənd təsərrüfatı şirkəti də yer tutacaq.  Amma hamı təsdiqləyir ki, dünyanı doyuran dünyanın lideri olacaq". 

Türkiyəli nazir Azərbaycan prezidenti ilə görüşündə də planlamanı qurmaqla bağlı  məsələlərə toxunublar.  Nazir vurğuladı ki, bütün məhsulları sonuna qədər istifadə etmək, enerjinin alınmasında istifadə etmək lazımdır. 

Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji imkanları böyükdür və hazırda Böyük şor gölündə üzən günəş paneli tikilir.