"Turstat" analitik agentliyinin ekspertləri Cənubi-Şərqi Asiya, ABŞ və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında artımı DÇ-2018-lə əlaqələndirir.

Rusiyaya 2017-ci ildə (qeyri-yaşayış məqsədli) səfər edən turistlərin ümumi sayı 24 milyon 390 min nəfər təşkil edir.

Futbol üzrə dünya çempionatı hesabına Avropa ölkələrindən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artıb: Almaniyadan yanvar-sentyabr aylarında 546 min nəfər (+10%), Fransadan  168 min nəfər (+13%), İtaliyadan 165 min nəfər (+9 %), İspaniyadan 103 min nəfər (+6), Xorvatiyadan 26 min nəfər (+271%), Portuqaliyadan 17 min nəfər  (+31 %), ABŞ-dan (300 min nəfər (+19%) Böyük Britaniyadan 174 min nəfər (+14%), Kanadadan 54 min nəfər (+17%) və Avstraliyadan 62 min nəfər (+48 faiz) təşkil edib.

Bu arada, Rusiyaya gələn turistlər arasında Ukrayna (6,4 milyon — 4%), Qazaxıstan (2,7 milyon +1%), Çin (1,4 milyon +14%), Finlandiya (720 min — 8 %), və Azərbaycan (665 min, +1,5%) vətəndaşları üstünlük təşkil edir.