Bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxışında qeyd edib.

Onun sözlərinə görə, yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yaralanmasına  xidmət edəcək: 

"Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır. Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək".

Kamil HƏMZƏOĞLU