Oxu.Az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, 6 avqust tarixində həmin ərazidə baş vermiş zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı:

"İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir. Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər".

Kamil HƏMZƏOĞLU