Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, onlardan 885 min 700 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660 min 500 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Hesabat dövrünə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq, 541,1 manat olub. 

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.