Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 

"Düzünü desəm, mən bu tədbirin miqyasını təsəvvür etməmişdim. Bunun haqqında KİV-ə geniş danışmışam. JARA — bu, humanitar sahədə real əməkdaşlığın gözəl nümunəsidir və reallaşdırılmalıdır.

Bu, insanları birləşdirən beynəlxalq festivaldır. Bu, adət-ənənələrimizdən, ayinlərimizdən, tariximizdən istifadə etməklə, birləşə biləcəyimizin nümunəsidir. Mən bunu JARA-da gördüm".

Xatırladaq ki, iyulun 26-27-də Zaxarova Bakıda səfərdə olub. O, burada keçirilən III Beynəlxalq JARA musiqili festivalına qatılıb.