Bu barədə Oxu.Az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu ilin altı ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 2,5% az, dəyəri isə 8% çoxdur.
Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 6,58%-ni təşkil edib.