Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.

Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.

SalamNews xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində deyib.

Nazir bildirib ki, dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqribən 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.