Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhəri ərazisində 22 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.