Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, BŞTTTYS-nin xüsusi briqadaları Bakı Metropoliteni stansiyalarının qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan altı nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur. 

İlhamə Əbülfət