SalamNews-un bölgə müxbiri xəbər verir ki, konfransda Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan və s., ümumilikdə 14 ölkədən 40-a yaxın tanınmış tarixçi-alim iştirak edir.

Şəhərin qonaqları konfrans öncəsi Ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksindəki abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində Tarix İnstitutunun nəşr etdiyi 3500 elmi əsər və kitabların sərgisidə gonaqlara təqdim olunub, həmin nəşrlər də sonda Gəncə şəhərinə hədiyyə ediləcək. Heydər Əliyev Mərkəzinin konfrans zalında "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi" mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı və plenar iclası baş tutub.

3 gün davam edəcək konfransın bölmə iclasları AXC hökümətinin fəaliyyət göstərdiyi tarixi binada, həmçinin AMEA-nın Gəncə Bölməsində keçiriləcək.

Qeyd edək ki, beynəlxalq elmi-partik konfrans çərçivəsində Gəncənin tarixi və mədəniyyət mərkəzləri ilə tanışlıq, "Göygöl" Milli Parkına səyahət, həmçinin F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramının təşkili nəzərdə tutulub.