Moskvada rus dilinin tərdisi mərkəzləri açılır. Baömayaraq ki, bu təhsil müəssisələrinin sayının hələlik az olmasına və mühacirlərin hələ də rus dilini yoldaşlarının köməyi ilə və ya bilavasitə iş yerində öyrənmələrinə baxmayaraq, Moskvadakı rus dilinin tədrisi mərkəzlərində artıq indidən tələbələrin sayının artdığı müşahidə olunur. Mütəxəssislər qeyd edirlər ki, Rusiyaya gələn mühacirlər üçün rus dili üzrə məcburi imtahanların tətbiqindən sonra bu cür mərkəzlərə tələbat kəskin surətdə artmaqdadır.
  Rus dilinin tədrisi üzrə xidmətləri "Qrint" Təhsil və Mədəniyyət Mərkəzi yerinə yetirir ki, həmin Mərkəz rus dilini xarici ölkə vətəndaşları üçün testləşdirən Rusiya dövlət testləşdirmə sisteminin nəzdində yerləşir. Bu sistem dövlət sertifikatı verməklə, rus dili üzrə imtahanları xarici dil qisminsə qəbul etmək hüququna malik olan Rusiya universitetlərini və dil təmayüllü məktəbləri birləşdirir. Tədris proqramı başa çatdıqdan sonra tələbələr imtahan verirlər ("İbtidai", "Baza", "Birinci" və "İkinci Sertifikat" dərəcələri üzrə). Tədris proqramı 4 həftə üçün nəzərdə tutulub və aşağıdakı formalarda icra edilir:
- rus dilinin qrupda tədrisi (8 nəfər və yuxarı), həftədə 6 saat (həftənin 2 günü 3 akademik saat olmakla), saat 18.00-dən - 21.00-dək;
- sərbəst hazırlıq üçün materiallar

Əlaqə üçün məlumat:

111395, Moskva, Yunost küçəsi, 5/1, korpus 6, ofis 35 (Metro stansiyası «Vykhino», «Ryazan prospekti»).
«Grint»  Təhsil və mədəniyyət mərkəzi

E-mail: info@grint.ru

Sayt: www.grint.ru