Baş səhifəyə qayıt
Hər kəsə şadıq:
çoxmillətli Moskvanın tarixi
Moskva demək olar ki, yarandığı gündən bu yana hər zaman digər şəhərlərdən və əyalətlərdən insanları cəlb edib. Burada iş, ev, hüquqsuzluqdan qorunma, müxtəlif malların satılması və satın alınması mümkün olub.

Şahzadələr, boyarlar və monastırlar şəhərə işcil əsnafları cəlb etməyə çalışıb. Moskvanın inkişafına şəhər əhalisinin kompakt yaşayış yerləri də kömək edib. Məsələn, slobodalar peşəkar fəaliyyət sayəsində yaranıb. Əsnaflar birlikdə məskunlaşıb: dəmirçilər - dəmirçilərlə, dabbağlar - dabbağlarla. Slobodalarda yaşayan əhaliyə xüsusi imtiyazlar verilib, məsələ onlar vergilərdən azad edilib. "Sloboda" sözü "azadlıq" mənasında da işlənilir.

Moskvada milli slobodalar da olub. Hətta indi şəhərin axtarış vəsaitində küçə adlarını izləyəndə tatar, belarus, gürcü və digər millətlərin yaşadığı qəsəbələrin yankıları ilə tanış olmaq olar

Карта Татарской слободы
Tatar slobodası ©РИА Новости
Tatar slobodası – Ordınka – Tolmaçi

XIV əsrin ortalarından etibarən Tatar Slobodası Moskvada etnik yaşayış məntəqələrinin yaranmasına trend verib. Məhz bu sloboda kənardan şəhərə gələnlərin ilk yaşayış məntəqəsinə çevirilib.

Tatar Slobodası Zamoskvoreçyedə indiki Bolşaya Tatarskaya və Pyatnitskaya küçələrində yerləşib. Burada Qızıl Ordu və Volqa Tatar hökmranlıqlarının gələn mühacirlər yaşayıb. Bu ərazi tatarlar tərəfindən elə belə seçilməyib, vaxtılə Qızıl Orduya yol məhz buradan keçib, bunu hətta Ordınka küçəsinin adı qöştərir. Hər moskvalıya tanış olan küçə əvəllər indikindən də uzun olub.

Tatar slobodasının adı 17-ci əsrin əvvəllərinə (1619) aid olan mənbələrdə çəkilir və bu ad tam 20-ci əsrə qədər qalır. XVII əsrdə Tarar Slobodasına Tolmatski Slobodası birləşib - orada tərcüməçilər məskanlaşıb. Onların sənətlərinin adına görə qəsəbə Tolmaçi və Starıye Tolmaçi adlandırılıb. Tərcüməçilərin çoxusu Moskva ilə Krım arasındakı danışıqlarda iştirak edən Krım tatarları olub. Hamısı eyni slobododada yaşayıb. O slobodanı indi "Novokuznetskaya" metro stansiyasının yaxınlığında yerləşən müasir Tolmaçevski döngələri xatırladır.

Карта ТолмачейСлева: Вид на Большой Толмачевский переулокСправа: Карта Томлачей; слева: Вид на Большой Толмачевский переулок
Sağda: Tolmaçinin xəritəsi; solda: Böyük Tolmaçov döngəsinin görünüşü ©РИА Новости.

XVIII əsrin sonları XIX əsrin əvvəllərində tərcüməçilərdən biri olan knyaz Sulamit-mirzə Simineyin evinin həyətində (o zaman onlar artıq Xarici Kollegiyanın tərcüməçiləri adlanırdılar) gözəl məscid yerləşib və 1812-ci ilin yanğınında kül olub. 1823-cü ildə Moskva hakimiyyəti tərəfindən tacir Nəzərbəy Həşəlovun həyətində ibadət evinin tikilməsinə icazə verilib, amma o "... məscid adlandırılmamalı" və "başqa ibadət evləri kimi xaricində məscidin heç bir əlaməti olmamalı idi". Və yalnız 1880-ci ildə tatar icması nəhayət minarə və günbəz ilə tam bir məscidin tikilməsinə razılıq alıb.

1939-cu ildə məscid bağlanıb, və minarə məhv edilib. Sonra məscidin binasında gah Hərbi Komissarlığın ofisi, gah da müxtəlif atelyelər yerləşib. 1993-cü ildə minarə bərpa olunub və Moskvanın ən qədim Tarixi adı alan məscidi yenidən fəaliyyətə başlayıb

Слева: Историческая мечеть с минаретом; справа: Татарский культурный центрСлева: Историческая мечеть с минаретом; справа: Татарский культурный центрСлева: Историческая мечеть с минаретом; справа: Татарский культурный центр
Solda: Tarixi məscid; sağda: Tatar Mədəniyyət Mərkəzi ©РИА Новости. Маклакова Юлия

Moskvoreçye tatarlarının adı ilə müasir Balçuq küçəsinin adı da bağlıdır. Tatarlar Moskvanın ticarət həyatında çox fəal iştirak edib. Moskvanın mərkəzi rayonları Oxotnıy Ryad və Kitay-qorod olub. Lakin bu yerlərə çatmaq üçün Tatarlar Moskva çayını keçmək məcburiyyətində qalıb və bunu yalnız Kremlin yanında etmək mümkün olub - orada çay dərin olmayıb və bataqlığa bənzəyib. Tatarlar da o keçid yerini "balçıx" yani palçıq adlandırıb. Sonradan burada çəkilən küçənin adı da elə Balçuq kimi qalıb.

Balçuq adı həmçinin Vodootvodnı Kanalının tikintisi zamanı yaranan bütün adaya da aiddir. Lakin, yerli əhali bu toponimi çox nadir hallarda istifadə edir, söhbətlərdə adətən sadəcə "ada" və ya "bataqlıq" deyilir

XIV əsrin ikinci yarısında Moskvada başqa bir qəsəbə yaranıb, hansının ki adının kökü Qızıl Orduya gedib çıxır. Knyaz Dmititri Donskoyun vaxtında Moskvaya Qızıl Ordudan şahzadə Serkiz (Çerkiz) gəlib. O Moskvada vəftiz olub və İvan Serkizov (Çerkizov) adı alıb. Ondan sonra o ya Qızıl Ordudan gətirdiyi pula, ya knyazın ona hədiyyə etdiyi pula, şəhərdə böyük mal-mülk, torpaq alıb. O torpaqların içində Podmoskovye kəndi olub hansı ki, sonradan Çerkizovo adlandırılıb.

Карта Армянского переулка
Armyanski pereulok ©РИА Новости
Armyanski pereulok

Mosvaya ermənilər öz başına köçməyib. Onları şəhərə İvan Qroznı dəvət edib. XIV əsrdə onlar Beliy qorod rayonunda, 1938 ildə məhv edilmiş Nikola v Stolpax kilsəsinin ətraflarında yerləşməyə başlayıb. XVIII əsrin ortasında Rusiyanın paytaxtına varlı Lazarevlər (Yegizaryanlar) ailəsi köçüb. Onların puluna Myanitskidən Maroseykaya uzanan pereulokda Vozdvijeniya Kresta Qospodnya kilsəsi tikilib.

Və bu kiçik pereulok, hansının ki adı əvvəl Artamonov, sonra Nikolski və Stolpovski olub, Armyanski adlanmağa başlayıb. Kilsədən başqa bu xeyriyyəçilərin puluna şəhərdə Lazarevski institutu tikilib. İndiki zamanda o binada Ermənistan Respublikasının səfirliyi yerləşir.

Bu pereulokla tanınmış ədəbiyyatçı Fyodor Tütçevin adı bağlıdır

1810 ildə Tütçevlər öz kiçik evlərini satıb bu pereulokda yerləşən daha geniş bir evə köçüblər. Ancaq onların müasirlərinin sözlərinə görə ev daha çox saraya bənzəyib. O evdə Fyodor Tütçevin üşaqlığının və yetkiliyinin böyük bir hissəsi keçib, burada o ilk şeirlərinin yazıb və roma klassiklərindən ilk tərcümələrini edib.

Слева сверху: Посольство Республики Армения в Российской Федерации; слева внизу: усадьба Гагариных-Тютчевых в Армянском переулке и во дворе усадьбы – бюст-памятник Федору Тютчеву; справа: портрет Федора Тютчева работы С.Александровского (1876)Слева сверху: Посольство Республики Армения в Российской Федерации; слева внизу: усадьба Гагариных-Тютчевых в Армянском переулке и во дворе усадьбы – бюст-памятник Федору Тютчеву; справа: портрет Федора Тютчева работы С.Александровского (1876)Слева сверху: Посольство Республики Армения в Российской Федерации; слева внизу: усадьба Гагариных-Тютчевых в Армянском переулке и во дворе усадьбы – бюст-памятник Федору Тютчеву; справа: портрет Федора Тютчева работы С.Александровского (1876)
Solda yuxarıda: Ermənistan Respublikasının Rusiya Federasiyasında səfirliyi; solda aşağıda: Qaqarin-Tütçevlər malikanəsi və onun həyətində yerləşən Fyodor Tütçevin büstü; sağda: Fyodor Tütçevin rəsmi, S.Aleksandrovskinin əl işi (1876) ©РИА Новости. Маклакова Юлия

XVI ildən başlayaraq bu pereulokun ətrafında xarici səfirlər və rus diplomatlar yaşayıb, XVIII əsrin axırından burada rusiya mədəniyyətinin tanınmış şəxsləri məskünlaşıb. Tütçevlərin evində Jukovski, Merzlyakov və Turgenev qardaşları olub. Yanaşı küçələrdə Karamzin, İvan Muravyov-Apostol və başqaları yaşayıb. Bu mühit gənc Tütçevi formalaşdırıb. O peşəkar diplomat karyerasını seçib, amma çoxları onu bu sətirlərin müəllifi kimi tanıyır:

Ağılla Rusiyanı anlamaq olmaz
Bir başqadır onun qəddi-qaməti
Onu hər arşınla heç ölçmək olar?
Rusyaya gərəkdir olsun etibar.
Rusyaya ancaq
Gərək inanaq

Мещанская слобода
Meşan slobodasının xəritəsi ©РИА Новости
Meşan Slobodası

Beloruslar Moskvaya demək olar ki, Allahın izniylə gəlib. XVI əsrdə onlar bu torpaqlara Reç Pospolitayadan gəlib, harada ki, beloruslar plavoslav xristian olduqları üçün əzilib. Tarixçilər qeyd edirlər ki, Moskvadan oraya nümayəndə heyyətləri gondərilib, belorusları paytaxta köçürtmək üçün. Moskva xanlığının din qardaşlarına ehtiyacı vardı. Bu təşəbbüsü Patriarx Nikon başda olmaqla ruhanilər də dəstəkləyib.

Məhz köçkünlər üçün Moskvanın şimalında Sretenski qapıları arxasında torpaq ayırılıb. Və ora Meşan slobodası adlanmağa başlayıb: polyak dilindən mieszczanie ("mesçane" yani "şəhər sakinləri")

Bu halda slobodaya yalnız beloruslar deyil, həm də polyaklar və başqa slavyan millətlərinin nümayəndələri köçüb. Ekaterina II vaxtında mesşane sözü artıq Reç Pospolitaya torpaqlarından köçənlərin deyil sosial təbəqənin göstəricisinə çevirilib.

Keçmiş slobodanın əsas küçəsi 1-ci Meşanski 1957 ildə Moskvada keçirilən Dünya gənclər festivalına görə Prospekt Mira (Dünya prospekti) adlandırılıb; 2-ci Meşanski küçəsi 1966 ildə Gilyarovski küçəsi adlandırılıb; 3-cü Meşanski - 1962 ildə - Şepkin küçəsi; 4-cü Meşanski öz adını saxlayaraq 1966 ildə yalnız Meşanski küçəsinə çevirilib.

Heç şaşırtıcı deyil ki, məhz 1-ci Meşanski küçəsi slobodanın əsas küçəsinə çevirilib. Bu küçə daha əvvəllər də var idi: buradan vaxtılə bir neçə knyazlıqların mərkəzlərini birləşdirən ən əsas quru yollardan biri keçib

Küçənin özü uzun zamanlar dar səkili və kiçik evli, ağaclarla və lilac kolları ilə əhatə olunmüş sakit bir küçə olub. XX əsrin əvvəlində 1-ci Meşanskidə iri evlər və dükkanlar tikilməyə başlayıb. Amma ən bötük dəyişikliklər 1930-cu illərin axırında baş verib: küçə əkinçilik sərgisinin əsas girişinə çevrilib.

Слева и справа вверху: начало улицы Проспект Мира, доходный дом купца Камзолкина (был построен в 1885 году на основе городской усадьбы XVIII века); справа внизу: фрагмента старой постройки во дворе дома купца КамзолкинаСлева и справа вверху: начало улицы Проспект Мира, доходный дом купца Камзолкина (был построен в 1885 году на основе городской усадьбы XVIII века); справа внизу: фрагмента старой постройки во дворе дома купца КамзолкинаСлева и справа вверху: начало улицы Проспект Мира, доходный дом купца Камзолкина (был построен в 1885 году на основе городской усадьбы XVIII века); справа внизу: фрагмента старой постройки во дворе дома купца Камзолкина
Soldan sağa: Prospekt Mira küçəsinin başlanğıcı, Tacir Kamzolkinin kirəlik evi (1885 ildə XVIII-ci əsrin şəhər malikanəsi əsasında tikilib); sağda aşağıda: tacir Kamzolkin evinin həyətindəki köhnə binanın parçası ©РИА Новости. Маклакова Юлия
Maroseyka

Moskvaya köçən ukraynalılar vaxtılə özləri üçün Maroseyka küçəsini seçib. Bu küçə keçmiş Pokrov küçəsinin (Pokrovkanın) parçasıdır. Öz adını XVII-ci əsrdə Malorossiyski podvoryedən (Malorossiya mehmanxanası) götürüb. Bu mehmanxana Malorossiyada Moskvaya gələn hər kəs üçün bir tranzit nöqtəsi və eyni zamanda lojman və istirahət yeri olub. Onlar əsasən tacirlər, səfirlər və din xadimləri olub.

XV-XVI əsrlərdə Pokrovkada çar baxçaları yerləşib; Maroseykadan və Bolşoy Zlatoustinski pereulokdan keçən "çar yolu" ziyalıları cəlb edib. Heç şaşırtıcı deyil ki, o zamanlar bu rayon ən elit rayonlardan biri sayılıb.

XVII əsrdə Maroseykada yerləşən 83 evdən 62-si boyar ailələrinə məxsus olub

Maroseyka xaricilərin də çox xoşuna gəlib, amma din xadimləri buraya yabançıları buraxmayıb və 1643-cü ilin fərmanına görə xaricilərə buradan ev almaq qadağan edilib və ropatlar - lüteran ibadət evləri bağlanılıb. Budan başqa Çar Aleksey Mixayliviçin fərmanına əsasən xaricilər şəhərdən didərgin edilibb Alman slobodasına köçürülüb. Xaricilar Maroseykaya bir daha yalnız Pyotrun Avropa reformlarından sonra dönə bilib.

1812-ci ilin yanğınından sonra Maroseykanın yanmış cənüb təfərində yerləşən evləri tacirlər alıb öz zövqlərinə üyğun təmir edib. Məsələn, tatınmış Rumyantsevlərin evinin yeni shibi tacir Kaulin interyerin zəngin daxili rəsmlərini məhv edib, sonrakı sahibləri Qraçovlar isə evi tamamilə dəyişib ticarət mehmanxanasına çevirib.

Sovet dövründə, 1954 ildən başlayaraq küçə Boqdan Xmelnitskinin adını daşıyıb. Maroseykaya öz adı yalnız 1990-cı ildə qayıdıb

Maraqlıdır ki, Moskva hakimiyyəti bir neçə dəfə burada Maroseyka metro stansiyası açmaq qərarına gəlib. İlk dəfə bu fikir 1930-cu ildə yaranıb, ancaq 1935 ildə ümumi planı qəbul etdikdən sonra tikinti sonraya saxlanılıb. İkinci dəfə metro barəsində 1970-ci illərin axırında danışılıb: "Maroseyka" stansiyasıyla narıncı, göy və bənövşəyi budaqlarını birləşdirmək istənilib. Ancaq 2008-ci ilin martında Moskva Nəqliyyat Nazirliyinin nümayəndələri söyləyib ki, bu proektin həyata keçirilməsi 2020 olə qədər mümkünsüzdür.

Маросейка
Maroseykanın xəritəsi ©РИА Новости
Krım valı

Krım həyəti Krım xanının səfirliyi ilə XVII-XVIII əsrlərdə Moskva çayının sahilində Tatar slobodasından və Ordınkadan biraz qərbə, Zemlyanoy valın yanında yerləşib. Krımski val küçəsinin özü əlbəttə ki daha sonralar 1820-ci ildə yaranıb. XIX əsrin axırına dək bu sahədə bahar daşqınlarının səbəbindən demək olar ki, heç bir inkişaf olmayıb.

Gözəl evlərlə və tanınmış sakinləri ilə o zamanlar bu küçə fəxr edə bilməyib. Amma burada Moskvanın ən böyük və tanınmış zibilxanalarından biri yerləşib. Bundan başqa küçə öz hamamlarıyla tanınıb. Şəhərin bütün imkanlı sahibləri məhz buraya çimməyə gəlib.

XVIII əsrin sonunda Moskva çayında bura taxta körpü salınıb.

1873 ildə onun yerində metaldan Krım körpüsü salınıb, 1938 ildə o yeni indiki zamana qədər qalan yeni körpüylə əvəz edilib

Krım valı sakinləri ilə birlikdə rus inqilablarında istəmədən lakin çox fəal iştirak edib. İlk rus inqilabı zamanı bu küçədə barrikadalar qurulub. 1917 ildə isə Oktyabr inqilabı zamanı burada Zamoskvorechyeyə gedən yolları müdafiə edən Qızıl Ordunun mövqeləri yerləşib.

Sovet dövründə küçə yenidən qurulub. 1923-cü ildə burada əsrlik zibilxanaların terində Bütün Rusiya Kənd Təsərrüfatı sərgisi keçirilib, hansını ki, sonrada Moskvanın ən dəbli və məşhur yerlərindən biri - Qorki adına mədəniyyət və əylənvə parkı əvəz edib.

Слева: Центральный дом художника (ЦДХ), филиал Третьяковской галереи на Крымском валу; справа сверху: главный вход в Центральный парк культуры и отдыха имени М.Горького; справа внизу: центральный вход в парк скульптур «Музеон»Слева: Центральный дом художника (ЦДХ), филиал Третьяковской галереи на Крымском валу; справа сверху: главный вход в Центральный парк культуры и отдыха имени М.Горького; справа внизу: центральный вход в парк скульптур «Музеон»Справа: Центральный дом художника (ЦДХ), филиал Третьяковской галереи на Крымском валу; слева сверху: главный вход в Центральный парк культуры и отдыха имени М.Горького; слева внизу: центральный вход в парк скульптур «Музеон»
Solda:Mərkəzi rəssamlar evi, Tretyakov qalereyasının filialı; Sağda yuxarıda: Qorki adına mədəniyyət və əylənvə parkının mərkəzi girişi; Sağda aşağıda: “Muzeon” heykəllər parkının mərkəzi girişi. ©РИА Новости. Маклакова Юлия

Krım valında muzaların sığınacaq yeri də var. Qorki parkının qabağında 1970-ci illərdə bina tikilib, orada Tretyakov qalereyasının və Mərkəzi rəssamlar evinin sərgiləri yerləşdirilib.

Yaxınlığında sənət parkı "Muzeon" yerləşir. O Rusiyanın ən böyük açıq heykəl muzeyi sayılır. Orada hətta 1990-cı iləərdə Moskvanın küçələrindən yığışdırılan heykəllər bilə sərgilənib. Küçənın ətrafındakı binalar Sovet dövrünə aitdir.

Крымский вал
Krım valının xəritəsi ©РИА Новости
Gürcü slobodası

Gürcülər Moskvaya XVIII əsrdə köçməyə başlayıb. Onların ölkələri türklər tərəfindən tutulmuşdur, Moskvalılar isə din qardaşlarına hər zaman şad idilər. 1729 ildə Gürcü slobodasının yarandığı torpaqlar gürcu çarı Vaxtanq VI hədiyyə edilmişdir.

Əvvəl çar Myastitski küçəsinin yaxınlığında məskanlaşıb, lakin çoxsaylı (3 mindən artıq) çar suitinin orada yerləşməsi çətinlik yaradıb. Və 19 dekabr 1729-cu ildə Ali Müttəfiq Şuranın fərmanına əsasən, "Gürcüstan çarı Vəhtanqa Presnyada bağçası ilə bir həyət hədiyyə etmək" əmri verilib.

İmperator Pyotr II vaxtında Gürcü slobodasının inkişafı üçün 10 min rubl ayırılıb. Ondan sonra oranın sakinləri özlərinə kiçik vətən yaradıb və Gürcü sarayı tikib.

Gürcü slobodası inkişafına davam edib və 1779 ildə burada 73 gürcü həyəti və 24 rus həyəti yerləşib. Qəsəbədə tonu məşhur Baqrationlar sülaləsi verib

Sloboda 1812 ilin yanğınında demək olar ki zərərlənməyib. XVIII əsrin ortalarında bu ərasi Odoyevskiy knyazlarına keçib. Elə o zaman da Gürcü slobodası dağılıb.

İndiki zamanda gürcü işarələri yalnız adlarda qalıb: Bolşaya və Malaya Gruzinskaya küçələri, Qruzinskiy val, Qruzinskiy pereulok, Qruzinskaya ploşad.

Слева: храм Георгия Победоносца в Грузинах, духовный центр грузинской диаспоры в Москве; справа вверху: католический Собор Непорочного Зачатия Пресвятой Девы Марии; справа внизу: Биологический музей К.А.ТимирязеваСлева: храм Георгия Победоносца в Грузинах, духовный центр грузинской диаспоры в Москве; справа вверху: католический Собор Непорочного Зачатия Пресвятой Девы Марии; справа внизу: Биологический музей К.А.ТимирязеваСправа: храм Георгия Победоносца в Грузинах, духовный центр грузинской диаспоры в Москве; слева вверху: католический Собор Непорочного Зачатия Пресвятой Девы Марии; слева внизу: Биологический музей К.А.Тимирязева
Sağda: Georgi Popedonosets v Qruzinax kilsəsi, gürcü diasporunun Moskvada mənəvi mərkəzi; solda yuxarıda: Müqəddəs Məryəmin Katolik kilsəsi, solda aşağıda: K.A.Timiryazev adına Bioloji muzey ©РИА Новости. Маклакова Юлия

Yerli gürcülər üçün başqa bir ibadət yeri heyvanxananın yanında yerləşir. Georgi Pobedonosetsin kilsəsi gürcü diasporu üçün mənəvi mərkəz sayılır. Onun ərazisində gürcü dili eşidilir, ətrafdakı işarələr isə üç dildə yazalıb (rus, gürcü və ingilis). Exspertlərin fikrincə Moskvada ən yaxşı acar xaçapurisi burada hazırlanır.

Malaya Qruzinskaya küçəsində Rusiyanın ən böyük katolik kilsəsi yerləşir - Müqəddəs Məryəmin Katolik kilsəsi, yanında isə  Timiryazev adına Bioloji muzey.

Грузинская слобода
Gürcü slobodasının xəritəsi ©РИА Новости

Sovet dövründə Moskvanın yeni rayonlarında küçələrə qardaş millətlərin və qonşü ölkələrin adları verilib. Cənub-şərqdə Taştentskaya küçəsi və pereuloku, Ferqanskaya küçəsi və Ferqanskiy proyezd yaranıb. Cənubda - Alma-Atinskaya küçəsi, cənub-qərbdə - Vilnyusskaya küçəsi, Litovskiy bulvar və s. Əsrlər keçsədə Moskva başqa ölkələrdən gələn başqa millətlərin nümayəndələrini hər zaman qəbul edən qonaqpərvər bir şəhər olaraq qalır.