Avqustun 20-nə keçən gecə SSRİ-nin xalq artisti Lev Durov dünyasını dəyişdi. Onun haqqinda "Rusiya hamı üçündür" portalına yaxın dostu, həmkarı Yuli Qusman danışdı:

"Lev Durov yalnız SSRİ və Rusiyanın deyil, Azərbaycanın da xalq artisti idi. O bu ölkəni çox sevirdi və onun vətəndaşları tərəfindən də çox sevilirdi. O sovet dövrünün ən tatınmış filmlərindən birində "Qorxma, mən səninləyəm"-də çəkilmişdi. Onun San Sanıç rolunu - igid, qəhrəman müəllimini - azərbaycanlıların bir çox nəsilləri sevdi.

Filmin I hissəsini biz 1981 ildə çəkmişik. Lev Konstantinoviç çəkilişin ürəyi idi. Bizim çox gözəl dəstəmiz var idi: Polad Bülbüloğlu, Muxtarbek Kantemirov, Həmidə Ömərova, Sergey Yurski və başqa qabiliyyətli artistlər.

Durov çox ürəyi yumşaq, yaxşı adam idi, amma çəkiliş zamanı çox ciddi olurdu. O həm özünə həm də başqalarına qarşı çox tələbkar idi.

Filmin ikinci hissəsi 2013 ildə dünyaya çıxdı. Üstundən bu qədər il keçsə də, Lev olduğu kimi məsuliyyətli və ciddi qalmışdı".