"Fəxr edirəm ki, Azərbaycan xalqının sadiq dostu olmuşam, indi də dostuyam və dostu olaraq qalacağam. Məni Azərbaycan siyasətçilərinin və mədəniyyət xadimlərinin çoxu ilə neçə on ildir ki, sıx münasibətlər bağlayır. Ermənistan jurnalistləri tərəfindən mənim sözlərim təhrif olunub. Bütün bunlar Mənim Azərbaycandakı imicinə zərbə vuramaq üçün yalan və açıq fantaziyalardır", bunu RF Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Moskvadakı səfirliyində mətbuat konfransında bvildirdi.

Emosialarını cətinliklə gizlədən deputat mətbuat konfransında Ermənistan KİV-lərinin ona istinadən yaydıqları, guya bu yaxınlarda Yerevana səfəri zamanı çıxışında Azərbaycan haqqında dediyi sözləri uydurma adlandıraraq bildirib ki, bununla belə, Rusiyada "çox çətin vəziyyətlərdə Azərbaycanın gerçək dostları olduqlarını sübuta yetirmiş" siyasətçilər var.  "Zənnimcə, yaxın vaxtlarda onların sayı artacaq. Ölkələrimizi çox sıx münasibətlər bağlayır və bu münasibətlər getdikcə daha da sıxlaşır. Mənə belə gəlir ki, Azərbaycanın dostları olduqlarını sübuta yetirmiş insanlara qiymət verərkən, onların bilavasitə öz nitqindən istifadə etmək lazımdır".

Azərbaycanın günü gündən cicəkləndiyini vurğulayan Leonid Slutski  Azərbaycan xalqının və Prezidentini dostu olduğunu da qeyd etdi. bildirdi ki, Məhz İlham Heydər oğlu öz böyük atasının işini davam etdirərək, Azərbaycan iqtisadiyyatını enerji baxımından müstəqilləşdirib, Azərbaycanı inamla çiçəklənmə yolu ilə aparır.

Nəzərinizə çatdıraq ki, Dövlət Dumasının MDB işləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsi Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyası ilə birgə iclas keçirmək üçün martın 28-29-da tam tərkibdə Ermənistana səfər edib. Bu zaman Rusiyalı deputatların sözləri erməni mətbгatı tərəfindən tam təhrif olunub.