Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib

Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq  fikrində deyil.

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi müsahibədə deputat Paleyevin təklifinin yaxın gələcəkdə reallaşa biləcəyini də qeyd edib.

Zirəddin Rzayev "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır.