Rusiya Dövlət Akademik Böyük Teatrının tarixi səhnəsində P.İ.Çaykovskinin "Qaratoxmaq qadın" operası göstərilib. Tamaşada iki əsas kişi rolunu Elçin Əzizov və Yusif Eyvazov yüksək səviyyədə ifa ediblər.

Tamaşa qurtarandan sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxaraq Elçin Əzizova "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adının vəsiqəsini və döş nişanını təqdim edib.

© Г. Калина
Эльчин Азизов получил звание «Народный артист Азербайджана»

Səfir çıxış edərək bildirib ki, bu gün Çaykovskinin operasında iki azərbaycanlının parlaq çıxış etməsi, Azərbaycanın vokal məktəbinin böyük uğurudur.

Elçin Əzizov onun əməyinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Böyük Teatrın solisti Elçin Əzizova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı verilib.