Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi, institutun fəaliyyəti barədə qonaqlara məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun salamlarını konfrans iştirakçılarına çatdırıb, alimlərə işlərində uğurlar arzulayıb.

Elmi konfrans çıkışlar və müzakirələrlə davam edib. Təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elmə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Fiziklər və liriklər" elmi konfransın iştirakçıları

«İlk dəfə olaraq Azərbaycan Milli Elmlər Aakademiyası fiziklər və liriklər arasında  problemi qarşıdurma kmi deyil, elmi inteqrasiya müstəvisində  təqdim edir» bunu REPORTA acıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Akademik konfransın məğzni qeyd edərək vurğulayıb ki, alimlər dəqiq elmlərin inkişafında ədəbiyyatın rolunu,  bədii yaradıcılığın inkişafında isə dəqiq elmlərin əhəmiyyətini əsaslandırılmışşəkildə təqdim edirlər.

Təşkil olunmuş konfransda Azərbaycandan geniş tərkibli nümayəndə heyyəti qatılıb. Heyyətə Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, AMEA Fizika İnstitutunun direktoru, akademik Nizami Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları qatılıblar

Qeyd edək ki, dəqiq və humanitar elmlərin nümayəndələri arasında mübahisə ötən əsrin ortalarında sovet şairi Boris Slutskinin "Literaturnaya qazata"da nəşr edilmiş "Fiziklər və liriklər" şeirindən sonra başlayıb. Nəzərinizə çatdıraq ki, Azərbaycan və Rusiya alimlərinin bu mövzuya həsr etdikləri konfransın birinci hissəri noyabrın 16-17-də Bakıda və Şamaxıda keçirilib.