Bu barədə "Rusiya hamı üçün" portalına Diaspor.az saytının baş redaktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili söyləyib.

Dövlət Komitəsi xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcək.

Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müracət etməlidir.

Qeyd edək ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında — vahid mərkəzdə toplanacaq.

Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq.