İlk öncə paytaxtın mərkəzi Memorial məscidində vida mərasimi təşkil olunun.

Vida mərasiminə Rusiya Federasiyasının tanınmış ictimaiət və siyasət nümayəndələri ilə yanaşı, din xadimləri, azərbaycan səfirliyinin nümayəndələri də iştirak ediblər.

Vida mərasimində çıxıç edən tanınmış jurnalist və şərqşunas Maksim Şevcenko Orxan Camalın bir döyüşçü olduğunu biıdirib. Qeyd edib ki, o yüksək amal uğurunda həmişə mübariz olub.

Çıxış edən Rusiya müftilər şirasının sədri Ravil Qayuniddin isə Orxan Camalın Rusiyada islamın yayılması və müdafiəsindəki rolunu qeyd edib. müsəlmanların, şəhidlərin ölmədiyini, yüksək təbəqəyə qalxdıqını bildirib.

Digər çıxış edənlərdə Orxan Camal haqqında fikirlərini böıüşüblər.

Tədbirə iştirak edən Azərbaycan səfirliyinin əməkdaşları və heydər əliyeb fondunun nümayəndələri də Orxan Camalın Azərbaycan diasporunun parlaq siması olduğunu xatırladıblar.

Vida mərasimindən sonra Orxan Camal Moskvanın "Xavanskoe" müsəlman qəbristanlığında dəfn edilib. Orxan Camalın üstünə ilk torpağı isə oğlu Mənsur Camal atıb.

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu" kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib.