Bu barədə "Instagram" səhifəsində festivalın təşkilatçılarından olan Azərbaycanın xalq artisti Emin Ağalarov yazıb. 

Artistin sözlərinə görə, efir sabah, avqustun 3-də Moskva vaxtı ilə saat 21.30-da (Bakı vaxtı ilə 22.30-da) Rusiyanın Birinci kanalında baş tutacaq.

Xatırladaq ki, festival iyulun 26-dan 29-na kimi Bakıda keçirilib.