Tədbiri Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev açaraq Leyla Əliyevanın məzunlara təbrikini çatdırıb və təşkilatda fəal iştiraklarına görə minnətdarlığını bildirib.

«Bu gün burada Rusiyanın və dünyanın ən yaxşı universitetlərinin məzunları toplaşıb və onların qarşısında "Həyat" adlı adlı kitabın yeni bir səhifəsi açılır. Mən arzu edirəm ki, sizin üçün be səhifə uğurlu, məhsuldar və gözəl hadisələrlə dolu olsun. Leyla Əliyevanın və RAGB-ın dəstəyi sayəsində Rusiyada yaşayan azərbaycanlı gənclər burada keçirilən bütün beynəlxalq tədbirlərdə fəal iştirak etmək imkanına malikdirlər. Təşkilatımızın sıralarında Rusiya və Rusiya-Azərbaycan dostluq münasibətləri üçün işləməyə hazır olan yüzlərlə könüllü var. Bugünkü tədbir müəyyən dərəcədə bu il ərzində gördüyünüz işlərin yekunluğudur. Biz 2017-2018-ci illərdə müxtəlif nominasiyalarda ən aktiv və fərqlənən tələbələri və Azərbaycan klublarını mükafatlandıracayıq", — Emin Hacıyev bildirib.

Sonra isə AMOR-un həyatında və il ərzində fəal iştirak edən məzunların və tələbələrin mükafatlandırma mərasimi baş verib.

Bayram gənc musiqiçilərin çıxışları ilə davam etib: "Qolos" şousunun finalçısı Azər Nəsibov, Fardi, Jalə Kerimova, Andrey Vitvitsky, Dilqəm Verdiyev, Daria Zayets və Zamin Amur.