Moskvada baş tutan, bir milyona yaxın insanın qatıldığı el şənliyində moskvalılarla yanaşın şəhərin qonalqlarının da iştirak edib.

Azərbaycan diaporu da bayramın bir hissəsi olub.Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR), Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olan həmvətənlərimizin şəkilləri tutaraq "Belarusskaya" metrostansiyasından başlayaraq Tverskaya küçəsi boyunca Kremlə yürüşdə iştirak ediblər.

"Müharibə iştirakçılarının burada portretlərini göstəririk, Azərbaycanımızın bayrağını uca tuturuq və çox fəxrlə iştirak edirik, çünki biz Azərbaycan xalqı olaraq bu müharibənin ən vacib iştirakçılarından biri olmuşuq və qələbədə Azərbaycanın çox böyük rolu olub", — Azərbaycan diasporunun üzvü İlqar Hacıyev"Rusiya hamı üçündür" portalının müxbirinə söyləyib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyini "Ölməz Alay"da iştirak la əlaqədar Azərbaycan və Ermənistan diasporlarına  müraciət etmişdir. Erməni diasporu ötən illərdə olduğu kimi bu dəfə təxribata əl atmağa cəhd edib. Ermənilər qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırmağa cəhd ediblər. Lakin hüquq-mühafizə orqanları dərhal müdaxilə edərək bayraqlar yığışdırılıb. Bundan əlavə Azərbaycan və ermənistan diasporlarının üzvləri el şənliyində Xüsusi təyinatlı Polis dəstələrinin əhatəsində iştirak etməyə məcbur olub.