Dəyirmi masa MDU-nun tarix fakültəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ərsəyə gəlib.

Tarix fakültəsinin dekanı İvan Tuçkov AXC-nin yaradılmasının tarixdə əhəmiyyətli hadisə adlandırıraq bildirib ki, 1917-ci il inqilabı tarixin gedişini dəyişib. Tarixçi nə qədər faciəvi olsa da XX əsrin əvvəllərində baş vermiş hadisələrin ətraflı öyrənilməsinin vacibliyini, AXC-nin Azərbaycanın Respublikasının formalaşmasının bütün mərhələlərinə təsir etdiyini  qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdən əvvəl M.V.Lomonosoav adına MDU-nin rektoru Viktor Sadovniçi il görüşdüyünü qeyd edərək bildirib ki, universitetin rektoru İlham Əliyevin yenidən Azərbycan Prezidenti seçilməsi münasibəti lə təbriklərini bildirib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminiliyini ifadə edib. Səfir çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev AXC-nin 100 illliyinin qeyd olunması barədə Sərəncam imzalayıb və bugünki tədbir həmin Sərəncam çərçivəsində keçirilən ilk dəirmi masadır. Azərbaycan ilə Rusiya arasında əlaqələrin tarixi 200 ildən çox bir dövrü əhatə edir. O deyib: "Yaxın Şərqdə ilk demokratik respublikanın yaradılması böyük hadisədir. XIX axırları və XX əsrin əvvəllərində Bakıda neft bumu müşahidə olunurdu. Təkcə Rusiyadan deyil Avropadan da bura mühəndislər, həkimlər, müəllimlər gəlirdi. Bütün bunlar Azərbaycanda azadlıq, demokratiya ideyalarının formalaşmasına şərait yaradırdı. Təsadüfi deyildir ki, Rusiya imperiyasının birinci və ikinci çağırış parlamentində- Dumada Azərbaycan nümayəndələri də seçilmişdilər, ürk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov idi". Diplomat vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövləti AXC-nin hüquqi və mənəvi varisidir. AXC-nin yaradıcıları olduqca mürəkkəb vəziyyətdə dövlət qura və az müddət — 23 ay fəaliyət göstərmələrinə baxmayaraq, ölkəmiz və demokratiyanın inkişafı üçün böyük işlər gördülər.

Azərbaycan təhsil nazirinin müavini  Firidin Qurbnov Azərbaycanda ilk demokratik respublika qurucularının xatirəsinin daim ehtiramla anıldığını bildirərək qeyd edib ki, AXC-dən danışarkən "ilk" sözü tez-tez işlənir. Bu, həm Şərqdə ilk demokratik respublika, həm Azərbaycanın ilk ordusu, himni, parlamenti sə s. ilə bağlıdır. Nazir müavini həmçinin xatırladıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərin araşdırılması üçün ilk Fövqəladə İstintaq Komissiyasının yaradılması da AXC-nin adı ilə bağlıdır. Azərbaycan xalqının həmişə dinc yanaşı yaşama prinsipini üstün tutduğunu vurğulayan F.Qurbanov ölkəmizdə  mültikultralizim siyasəti və ənənələrindən danışıb. O vurğulayıb ki, Azərbycanda bütün tarixi abidələr, o cümlədən Bakının mərkəzində erməni kilsə tarixi abidə dövlət tərəfindən qorunub saxlanılır. F.Qurbanov 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı ən böyük qırğının Şamaxı Cümə məscidində baş verməsindən və Prezident İlham Əliyevin tapşırığı ilə məscidin yenidən qurulmasından danışıb. Nazir müavini Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrdən,  Azərbaycanda rus dili və mədəniyyətinə qayğıdan söhbət açıb.

Tarix fakültəsinin dekan müavini Oksana Solopova AXC-nin yarandığı dövrdə bir çox Azərbaycan ziyalılarının Rusiyanın müxtəlif ali məktəblərində təhsil aldıqlarını və ölkənn elmi, mədəni, siyasi həyatında mühüm rol oynadıqlarını bildirib. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında AXC-nin təcrübəsinin əhəmiyyətindən danışıb. 

AMEA Milli Azərbaycan tarixi muzeyinin elmi katibi Fərhad Cabbarov bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmasını qeyd edərək, Azərbaycan və Rusiya alimlərinin sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Alim Cənubi Qafqazda millətlərarası və etnoslararası münaqişələrin tarixinin öyrənilməsində Rusiya alimləri ilə əməkdaşlığın vacibliyini də diqqətə çatdırıb.

Tədbirdə Sovet və Azərbaycan diplomatı, Azərbaycan emiqrasiyasının tədqiqatçısı Ramiz Abutalıbov, AMEA Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev və başqaları çıxış ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş "1919-1940-cı illər Paris arxivi" dördcildliyinin təqdimatı olub.