Səfirlikdə açılan 17 saylı Yasamal üçünçu seçki dairəsinin 47 saylı seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov məntəqədə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayının 1499 nəfər olduğunu vurğuıayıb.

Nəzərinizə çatdıraq ki, səfirliyin foyesində seçici syahıları asılıb. Seçki komissiyasının üzvləri səfirliyə gəlmiş vətəndaşları, həmçinin, əlavə qeydiyyata alırlar.

Yerli vaxtla saat 08:00-da səfirlikdə yerləşən məntəqə açılıb.

Qeyd edək ki, Moskvadakı səfirliklə yanaşı Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da seçki məntəqələri yaradılıb.