Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirlyi tərəfindən təşkil olunmuş xatirə gecəsinin birinci hissəsində Qara Qarayevin müəllimi və  dostu D.Şostakoviçin "Hamlet" kinofilminə yazdığı musiqidən süita və Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrini layiqli davamçısı Fərəc Qarayerin atasının xatirəsinə həsr etdiyi "Vida rapsodiyası"  səslənib.

Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov böyük bəstəkarın yaradıcılığı barədə məlumat verib.

Yubiley gecəsində dirijor Anatoli Levinin rəhbərliyi ilə Moskva Konservatoriyasının Simfonik Konsert Orkestrinin müşayiəti ilə Böyük Teatrın solisti, Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebski (skripka) çıxış ediblər.