Bunula əlaqədar Rusiya Federasiyasının bütün reqionları Kemerovoda baş vermiş yanğın nəticəsində həlak olmuşlarının xatirəsini yad etmək üçün xüsusi yaradılmış yerlərə gələrək həlak olanların ailələrinə dəstək nümayiş etdirirlər.

Moskvada Kemerovo vilayətinin nümayəndəliyi qarşısında da yaradılmış xatirə löhvəsi üzərinə moskvalılar gül dəstələri ilə yanaşı, uşaq oyuncaqlarıda gətirməkdədir.

Azərbaycan diasporunun nümayəndələri də faciəvi aksiyanın bir hissəsi oldular. Nümayəndəlik önünə gələn soydaşlarımız xatirə löhvəsi önünə gül dəstələri qoyublar.

Azərbaycanlılar qarşısında çıxış edən Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah fondunun sədri Şamil Tağıyev, Moskva Vilayəti üzrə Milli Mədəni Müxtariyyətin sədri Elşən İbrahimo, "Azərbaycan" qəzetinin baş redaktoru Oktay Hüseynov Rusiya Azərbaycanlılarının bu həzinli gündə həlak olmuşların yaxınları ilə birlikdə kədərləndiklərini qeyd edərək, dünyasını dəyişənlərə Allahdan rəhmət dilədilər.

© И. Рустамов
Азербайджанская диаспора Москвы почтила память жертв пожара в Кемерово

Bu faciənin bütün günahkarlarının hüquq müstəvisində çəzalandırılacaqlarına inandıqlarını vurğulayan natiqlər, azərbaycanlıları provakasiyalardan çəkinməyə çağırdılar.

Anım mərasimi bir dəqiqəlik süküt və fatiə sürasinin oxunması ilə sona yetib.

© И. Рустамов
Азербайджанская диаспора Москвы почтила память жертв пожара в Кемерово

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Rəsmi məlumatlara görə, nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.