Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən "Miss AMOR" müsabiqəsinə yekun vurulub.

Finala 5 iştirakçı çıxıb - İrada Novruzova, Nərmin Qurbanova, Leyla Tağızadə, Fatimə Talıbova və Kəmalə Mövsümzadə finala çıxıblar.

Finala çıxan qızları münsiflər heyəti - Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, "Rossiya" Dövlət Konsert Salonunun baş rejissoru Qalina Belova, Rusiyanın məşhur estrada müğənnisi Katya Lel və tanınmış dizayner Orxan Sultan qiymətləndirib.

"Rusiya hamı üçündür" internet portalına eksklüziv intervyusunda Katya Lel Azərbaycana olan məhəbbətindən danışdı: "Mən Azərbaycanı, Bakını çox sevirəm. Bugün bürda olmağıma o qədər şadam ki. Azərbaycan qızlarının gözəlliyini qiymətləndirməkdən gözəl nə ola bilər ki".

"Bu cür müsabiqələrin keçirilməsi çox vacibdir, - o söylədi. Onların gənc yaşından qabiliyyətlərini, gözəlliklərini, özəlliklərini üzə çıxardsaq, gələcəkdə onlar daha böyük uğurlara nail ola blərlər".