Rusiyanın milli futbol yığması doqquz baldan bir bal yığaraq Avropa Çempionatında məğlub olub. Rüsvayçılığa artıq dözə bilməyən futbol azarkeşləri yığmaya müharibə elan edib və "mütəxəssisləri" yoldaşlıq oyununa çağırıb.

"Vızov sbornoy" layihəsinin müəllifləri iki moskvalı Etibar Əhmədov və Dmitri Yakuşovdur. Həvəskar futbolçuların videoçarxına YouTube kanalında artıq 750 mindən çox adam baxıb. Onlar artıq Rusiya Dövlət Dumasının dəstəyini alıb. İndi yalnız Rusiya Futbol İttifaqının cavabını gözləmək qalıb.

"Rusiya hamı üçündür" portalına müsahibəsində Eduard Əhmədov Rusiya futbolunun problemlərindən, Xalq yığmasına oyunçuların seçilməsindən və "mütəxəssislərin" millionluq maaşlarından danışdı. 

Nilufər Şıxlı