Qazax rayonunun Astanbəyli kəndində, el arasında "Göy Türbə" adlandırılan məşhur bir ziyrətgah var. Ziyarətgaha nəinki Azərbaycan, eləcə də qonşu Gürcüstan, Türkiyə və Dağıstandan mütəmadi olaraq ziyarətçilər gəlirlər. Burada İslam sufizminin Nəqşibəndilik qanadının 33-cü şeyxi və təriqətin Azərbaycan üzrə sonuncu xəlifəsi Hacı Mahmud Əfəndi Qərani dəfn edilib.

 

Qəranilər soyundan olan sonuncu xəlifə

Onun tövsiyyələrinə əməl etsəniz, ömrünüz uzanar
Onun tövsiyyələrinə əməl etsəniz, ömrünüz uzanar
Soykökü Məhəmməd peyğəmbərin dostu Veys-Əl Qəraniyə dayanan Hacı Mahmud Əfəndi Qazax qəzasının Astanbəyli kəndində anadan olub. İlk təhsilini atası Veysdən alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Bir müddət Gəncə və Şəki şəhərlərində təhsil alıb.

Şəkidə Mir Həmzə Seyid Nigari Qarabağinin sorağını alaraq dərs almaq üçün Osmanlıya — Amasiya şəhərinə gedir. Amasiyada ustadından din və İslamın qəlb elmi sayılan təsəvvüf dərsləri alır. Oradan, təriqətin Azərbaycan üzrə xəlifəsi seçilərək vətənə dönür.

© И.Мустафа, Sputnik Азербайджан
Qazaxdakı «Göy Türbə» ziyarətgahı

O, Astanbəylidə evinin ətrafında hücrələr tikdirərək mədrəsə açır. Uzun illər xalq arasında sünni-şiə ayrıseçkiliyinə qarşı təbliğat aparır. Az bir vaxtda Azərbaycanla yanaşı, Borçalı və indiki Ermənistana daxil olan Azərbaycan ərazilərindən minlərlə mürid toplayır.

Hacı Mahmud Əfəndinin bölgədə qazandığı böyük nüfuz çar hökümətini qorxuya salır. Eyni zamanda, ustadı Şeyx Nigarinin məsləkdaşı Şeyx Şamilə və dağlı üsyançılara köməklik göstərməsi onun iki dəfə həbs edilməsinə səbəb olur. Lakin əhali arasında böyük nüfuzu olan bu şəxsin həbsinin yeni bir üsyan dalğasına səbəb olacağından ehtiyatlanan müstəmləkə rejimi onu həbsdən azad etməyə məcbur olur.

Çeçenistan Respublikasının səhiyyə naziri Elxan Süleymanov
Elxan Süleymanov: Ramzan Kadırov olimpiya çempionlarını geridə qoyar

Onun haqqında belə bir rəvayət də söylənilir ki, Qazaxda "Şəkərin qalası"na salınan Hacı Mahmud Əfəndinin dəstəmaz alıb namaz qılmaması üçün qapıları bağlı saxlayırlar. Lakin namaz vaxtları Allahın iznilə qapıların açılması keşikçiləri qorxuya salır.

 

Şiə dostunun yanında dəfn olunmasını vəsiyyət edən sünni şeyx

Hacı Mahmud Əfəndi 1896-cı ildə vəfat edib. Vəsiyyətinə əsasən, Astanbəyli kənd qəbirsanlığında, yaxın dostu Seyid Yasin Xocanın yanında dəfn edilib. Müridlərinin köməyi ilə qəbri üzərində türbə ucaldılıb. İnşaata rəhbərliyi Əfəndinin kürəkəni, Daş Salahlıdan olan Mustafa bəy Miralayev edib.

© И.Мустафа, Sputnik Азербайджан
Qazaxdakı «Göy Türbə» ziyarətgahı

Ziyarətgaha çevrilən türbəni, indiyədək yerli əhali ilə yanaşı, Gürcüstan, Türkiyə və Dağıstandan hər il minlərlə insan ziyarət edir. Dördbucaqlı formaya malik olan Hacı Mahmud Əfəndi Türbəsinin hündürlüyü 6 metrdir. Bir giriş qapısı və iki pəncərəsi var. İçərisində olan iki qəbirdən sol tərəfdəki Hacı Mahmud Əfəndinin, sağdakı isə dostu Seyid Yasin Xocanın qəbridir.

Sovet dövründə türbə bir neçə dəfə uçurulmaq təhlükəsi ilə üz-üzə qalsa da, bu niyyət baş tutmayıb. Yerli əhalinin danışdığına görə, türbənin sovet dövründə dağıdılmaması, onun sahibinin kəramətləri, həmçinin xalq şairi Səməd Vurğunun dəstəyi nəticəsində mümkün olub.

 

İki müqəddəs ocaq

Bakıda bütün stereotipləri qıran qadın: siz də onu tanıyırsınız
Bakıda bütün stereotipləri qıran qadın: siz də onu tanıyırsınız
Astanbəyli kəndində ziyarətə çevrilən digər bir ərazi isə Hacı Mahmud Əfəndinin yaşadığı ev və onun tikdirdiyi mədrəsədir. Ölümündən az sonra isə müridləri tərəfindən ərazidə bir məscid binası da ucaldılıb.

Hacı Mahmud Əfəndinin sağlığında onun evi dərgah olub. Bura gələnlər dilindən, dinindən asılı olmayaraq, 3 gün ərzində qonaq saxlanılıb, təmənnasız yemək-içməklə təmin edilib və yola salınıblar.

Əfəndinin vəfatından sonra da müridləri 1930-cu illərə kimi dərgahı saxlaya biliblər. Sonradan sovet hökuməti tərəfindən dərgah ləğv edilib. Eyni zamanda, Əfəndinin evi, mədrəsə və məscid binaları da poliklinika, anbar, fırnı (çörək bişirilmə yeri — red.) və kluba çevrilib. Bunlarla razılaşmaq istəməyən əhalidə qorxu yaratmaq üçün, məscidin axundu, müəzzini və bir neçə kənd sakini məscid divarlarına söykənərək güllələnib. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra isə Hacı Mahmud Əfəndinin evi, məscidi və mədrəsə binası yenidən əhalinin istifadəsinə verilib.

© И.Мустафа, Sputnik Азербайджан
Qazaxdakı «Göy Türbə» ziyarətgahı

Hacının 3 oğlundan yalnız kiçik oğlu — Əhməd Əfəndi Astanbəylidə yaşayıb. Sovet hökuməti qurulandan sonra isə Türkiyəyə köçən Əhməd Əfəndi bir neçə dəfə gizli yolla Azərbaycana keçərək öz mal-qarasını və sərvətini kənd əhalisinin köməyi ilə aparıb. Apara bilmədiklərini isə kənd caamatına bağışlayıb.

Hacı Mahmud Əfəndi məscidi dini icmasının sədri Asif Seyidovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu ocaq yenidən icmaya qaytarıldıqdan sonra kənd əhalisi əmanətə sadiqliyini nümayiş etdirib. Tikililər kənd sakilərinin hərtərəfli dəstəyi və iştirakı ilə bərpa olunub.

«Ümid edirəm ki, o, uçacaq»
«Ümid edirəm ki, o, uçacaq»

Halallığını almış olsalar da, sakinlər Əfəndinin evinə məxsus əşyaları yenidən gətirib təhvil veriblər. Bunların içində Hacı Mahmud Əfəndinin istifadə etdiyi qiymətli mis samovarlar, kilim və palazlar, eyni zamanda digər qədim ev əşyaları da var.

Hacı Mahmud Əfəndinin o zaman yaşadığı evdə hazırda ona məxsus cübbə (üst geyim — red.), fəs (baş geyimi — red.) və Kəbə örtüyünün bir hissəsi saxlanılır. Və maraqlıdır ki, üzərindən yüz ildən çox keçməsinə baxmayaraq, Hacı Mahmud Əfəndinin bu geyimlərə vurduğu ətir hələ də itməyib.

İlham Mustafa, Sputnik Azərbaycan