19 mart 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlərin satışa çıxarılacağı tarixdir.

2020-ci ilin Kişi İdman Gimnastikası üzrə Avropa Çempionatı Bakıda
2020-ci ilin Kişi İdman Gimnastikası üzrə Avropa Çempionatı Bakıda

İki (2) manatdan başlayacaq qiymətlər əhalimizə 10 gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa  imkan yaradacaq.

Ümumilikdə oyunlar zamanı, 20 idman növü üzrə 500.000-dən artıq biletin  satışa çıxarılması nəzərdə tutulur.

İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall Ticarət Mərkəzləri daxildir.

Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

IV İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirməkdir. Azad Rəhimov:

AFFA fınal oyunları üçün namizədliyini irəli sürüb
AFFA fınal oyunları üçün namizədliyini irəli sürüb

— Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudur.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. 16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı  biletlərin qiyməti 1 AZN dəyərində olacaq.

Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək.    Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.