Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğuladı.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin satış tarixi bəlli oldu
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin satış tarixi bəlli oldu

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirdi. Dövlət başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd etdi.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi.

Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.