Rusiya ilə Azərbaycan arasında ikili vətəndaşlıq varmı? İsa Bayramov, Tovuz

 

Rusiya Hüquq və Məhkəmə informasiyası Agentliyinin vəkilləri cavab verirlər:

Hörmətli İsa Bayramov!

RF Konstitusiyasının 62-ci maddəsində deyilir ki, Rusiya Federasiyasının federal qanununa və ya beynəlxalq müqaviləyə əsasən, Rusiya Federasiyasının vətəndaşı digər (xarici) ölkənin də vətəndaşı ola bilər (ikili vətəndaşlıq). Əgər Rusiya Federasiyasının federal qanununda və ya beynəlxalq müqavilədə digər hal nəzərdə tutulmayıbsa, Rusiya Federasiyası vətəndaşının eyni zamanda xarici ölkənin də vətəndaşı olması onun Rusiya vətəndaşlarına məxsus hüquq və azadlıqlarını pozmur və müvafiq vəzifələrdən azad etmir.

Bu Sizin üçün o deməkdir ki, Siz eyni zamanda həm Rusiya, həm də Azərbaycan vətəndaşı ola bilərsiniz. Halbuki, bu - formal olaraq ikili vətəndaşlıq yox, sadəcə olaraq, ikinci bir ölkənin də vətəndaşı olmaq deməkdir ki, burada heç bir qeyri-qanuni hərəkət və müvafiq nəticələr yoxdur.