Rus dilini pis bilirəm, amma ofisiant və ya satıcı işləmək istəyirəm (özüm digər ağır işdə işləməyə razı olsam da, həkimlər bunun səhhətim üçün zərərli olduğunu bildiriblər). Heç yerdə işə götürmürlər. Nə etməliyəm? Dilbər Həsənova.

 

Rusiya Hüquq və Məhkəmə informasiyası Agentliyinin vəkilləri cavab verirlər:

Hörmətli Dilbər! Əgər Sizin RF-da yaşamaq üçün sənədiniz, məcburi köçkün vəsiqəniz varsa, qeydiyyatda durduğunuz ərazi üzrə əhalinin məşğulluq Mərkəzinə müraciət etmənizi tövsiyə edirik. Bununla belə, rus dilini bilmədən satıcı və yaxud ofisiant işləmək arzunuz Sizin həmin peşələr üçün irəli sürülən tələblərə uyğun olmadığınız qənaətinə gəlməyə əsas verir. İşəgötürənin Sizi rus dilini bilmədiyinizə görə işə götürməkdən imtina etməsi çətin ki, hüquqlarınızın pozulması kimi qiymətləndirilsin.