Biz bu yaxınlarda Azərbaycandan Moskvaya köçmüşük. Mən uşaqlarımı məktəbə (və yaxud uşaq bağçasına) necə qəbul etdirə bilərəm? Bunun üçün hansı sənədləri təqdim etməliyəm? Ulduz Camalova, Yevlax.

 

Rusiya Hüquq və Məhkəmə informasiyası Agentliyinin vəkilləri cavab verirlər:

Hörmətli Ulduz Camalova! Rusiya Federasiyası Konstitusiyasının 62-ci maddəsinin 3-cü bəndinə əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasında Rusiya vətəndaşlarının bütün hüquqlarına malikdirlər və onların bütün vəzifələrini daşıyırlar.

Müəyyən ərazidə yaşayan və müvafiq səviyyədə təhsil almaq hüququ olan bütün vətəndaşlar məktəbdə oxuya bilərlər. Bələdiyyə təhsil orqanları öz ərazilərində yaşayan qaçqın və məcburi köçkün ailələrinin uşaqlarını nəzarətə götürüb, onların təhsil almalarını təmin etməlidirlər. Xarici vətəndaşların uşaqlarının Rusiyanın dövlət və bələdiyyə ümumtəhsil müəssisələrinə qəbulu qaydalarını təhsil müəssisəsinin təsisçisi müəyyən edir. Praktiki olaraq, bu, o deməkdir ki, uşağın məktəbə yaxın yerdə qeydiyyatda olması onun həmin məktəbə qəbul edilməsi üçün əsasdır. İmtina üçün yeganə səbəb yalnız məktəbdə yerin olmaması ola bilər.