Mən öz işimi qurmaq istəyirəm. Azərbaycanda mənim öz biznesim var, mən orada onu satıb, Moskvada kafe açmaq və buraya sərmayə qoymaq istəyirəm. Bunu necə edə bilərəm? Əli Həsənov, Gəncə

 

Rusiya Hüquq və Məhkəmə informasiyası Agentliyinin vəkilləri cavab verirlər:

Hörmətli Əli Həsənov! Siz çox yolunuz var. Siz hüquqi şəxs qeydiyyata alıb, onun tək təsisçisi ola bilərsiniz. Bu zaman əgər baş direktor başqa bir şəxs olarsa, işə başlamaq üçün hətta icazə almağa da ehtiyac yoxdur.  Bundan başqa, Siz fərdi sahibkar kimi qeydiyyata düşə bilərsiniz, lakin bunun üçün Rusiya Federasiyasında müvəqqəti və yaxud daimi yaşamağa hüquq verən sənədin surətini təqdim etməlisiniz.