Son illər Moskva şəhər Tibb Departamentinin mamalıq xəstəxanalarında doğum hallarının sayı artmaqdadır. 2005-ci ildə şəhərdə 90 739, 2008-ci ildə 104 876, 2009-cu ildə 113 277, 2010-cu ildə 118 995, 2011-ci ildə isə 120 941, 2012-ci ilin birinci yarısında isə 62 000 doğum qeydə alınmışdır.

Başqa şəhərlərdən və xarici ölkələrdən gəlmiş qadınların doğması halları da artmaqdadır və bu artım hər il 32%-ə qədər təşkil edir. Əcnəbi qadınların doğması hallarının sayı ayda 600-800-ə çatır. Beləliklə, paytaxtın doğum evlərində hər il 8-9,9 min əcnəbi qadın dünyaya övlad gətirir ki, bu da ümumi doğum hallarının 7,8-8,2%-ni təşkil edir.

2011-ci ilədək əcnəbi hamilə qadınlar hamiləliyin müayinəsi və təsdiqi üçün səhiyyə Departamenti tərəfindən Moskva büdcəsi hesabına yerli qadın məsləhətxanalarına göndərilirdilər. Məcburi tibbi sığorta polisi yalnız müəyyən kateqoriya xarici vətəndaşlara verildiyi üçün, əcnəbi hamilə qadınların müayinəsi və onlara nəzarət Moskva büdcəsinə baha başa gəlirdi, belə ki, xarici vətəndaşların böyük əksəriyyəti tibbi polisə malik deyil və onların könüllü tibbi sığorta polisi almaq imkanları yoxdur.

Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, xarici vətəndaşlara öz şəxsi hesablarına, onları qəbul edən tərəflərin hesabına planlı tibbi yardım (KTS və s) almaq imkanı təklif edilmişdir.

Moskva şəhərinin doğum evlərinə gətirilən əcnəbi hamilə qadınların əvvəllər çox vaxt ümumiyyətlə müayinə edilmədiklərini və yaxud tam müayinə edilmədiklərini, eləcə də, onların arasında xronoloji patologiyanın, o cümlədən müxtəlif dərəcəli somatik xəstəliklərin yüksək faizini nəzərə alaraq, bütün bu hamilə və ya artıq doğmuş qadınlara, yeni doğulmuş körpələrə tibbi yardım həm böyüklər üçün şöbələri, həm də neonatal reanimasiya şöbələri olan çoxprofilli xəstəxanaların mamalıq bölmələrində təşkil edilməlidir.

Qüvvədə olan qanunvericiliyə görə, təcili və təxirəsalınmaz tibbi yardım vətəndaşlığından və məcburi tibbi sığorta polisinin olub-olmamasından asılı olmayaraq, hamıya göstərilir. Şəhər çoxprofilli xəstəxanaları da məcburi tibbi sığorta sistemi əsasında işləyirlər. Xarici vətəndaşlara hamiləlik və doğum zamanı göstərilən tibbi yardıma görə məcburi tibbi sığorta sistemi üzrə ödəniş tələb olunmur.

Xarici vətəndaşların yeni doğulmuş körpələrinə xüsusiləşdirilmiş yardım göstərilməsi isə ayrıca problemdir. Bu kontingent körpələr, xüsusilə də yarımçıq doğulmuşlar müxtəlif patologiyaların inkişafı üçün risk qrupunu təşkil edirlər. Ananın xəstəlməsi, vaxtından əvvəl doğuşlar, yoluxucu xəstəliklərə tutulma, anadangəlmə patologiyalar zamanı bu körpələr uzun müddət doğum evlərinin neonatal reanimasiya şöbələrində və yaxud uşaq xəstəxanalarında qalırlar. Belə uşaqların sayı hər il 1000 - 1500 nəfər təşkil edir. Körpə uşaqların müalicəsi çoxlu maddi vəsait tələb edir və məcburi tibbi sığortanın vəsaiti hesabına deyil, büdcə hesabına ödənilir.

 

Bir qədər statistika.

Moskva səhiyyə Departamentinin başqa şəhərlərdən gəlmiş və xarici vətəndaşların hospitallaşdırılması üzrə Təşkilati-Metodik Şöbəsinin məlumatına görə, son illərin, məsələn, 2005-2011-ci illərin müqayisəli təhlili göstərir ki, Moskva xəstəxanalarında mamalıq və ginekologiya üzrə yardım almış başqa şəhərlərdən və ölkələrdən gəlmiş xəstələrin sayı 60% artmışdır. Doğum evlərinə qeydiyyata düşən qadınların böyük əksəriyyəti Moskva vilayəti, Rusiya Federasiyası və MDB ölkələrindən gələnlərdir. Bu illər ərzində MDB ölkələrindən daxil olan qadınların xüsusi çəkisi də dəyişmişdir. Əgər 2005-ci ildə Azərbaycan və Ukrayna vətəndaşlarının sayı daha çox idisə, 2011-ci ildə Qırğızıstan, Azərbaycan, Tacikistan və Ukrayna üstünlük təşkil edir.

Ayrıca fəaliyyət göstərməyindən və yaxud çoxprofilli xəstəxanaların nəzdində olmağından asılı olmayaraq, hal-hazırda bütün doğum evləri qeyri-şərtsiz əcnəbi qadınları doğum üçün qəbul edir. Əcnəbi qadınları ən çox qəbul edən tibbi müəssisə 36 №-li Şəhər Klinik Xəstəxanasının doğum evidir. Belə ki, səhiyyə Departamentinin əmrinə əsasən, tibbi və hüquqi sənədləri olmayan, müayinə edilməmiş, onkoloji xəstəliklərdən əziyyət çəkən və digər xəstələrə yardım bu xəstəxananın fəaliyyət istiqaməti kimi müəyyən edilmişdir.

Qeyd. 36 №-li Şəhər Klinik Xəstəxanasının doğum evi 1 sentyabr 2012-ci il tarixdən əsaslı təmirə dayandırılır. Xəstələr 68 №-li Şəhər Klinik Xəstəxanasında və bütün fəaliyyət göstərən doğum evlərinin müşahidə şöbələrində qəbul ediləcəklər.

Xarici vətəndaşlara şifahi və yazılı olaraq ödənişli əsaslarla ambulator müayinənin qaydaları  izah edilir. 323 №-li Federal Qanuna uyğun olaraq, xarici vətəndaşlara planlı tibbi yardım onların şəxsi vəsaiti, onları dəvət etmiş tərəfin şəxsi vəsaiti, könüllü tibbi sığorta vəsaiti və digər qanuni mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.