«Rusiya Fedrasiyasında məcburi tibbi sığorta haqqında» 29.11.2010-cu il tarixli 326-ФЗ №-li Federal qanuna uyğun olaraq, fiziki şəxslərin sığorta edilmiş şəxslər kateqoriyasına aid edilmələri üçün tələb olunun meyarlar aşağıdakılardır: bu və ya digər vətəndaşlığa malik olması, Rusiya Federasiyasında yaşaması faktı, məşğuliyyəti (işləyən və ya işsiz), məşğuliyyət növü (muzdlu fəhlə, fərdi sahibkar, xüsusi praktika ilə məşğul olan notarius, vəkil, kəndli (fermer) təsərrüfatının üzvü və s.), qaçqın statusunun olması və yaxud yüksək ixtisaslı mütəxəssis olması, eləcə də işsiz olmaları.  

«Rusiya Federasiyasından getmək və Rusiya Federasiyasına gəlmək qaydaları haqqında» 15 avqust 1996-cı il tarixli 114 ФЗ №-li Federal qanunun 14-cü maddəsində göstərildiyi kimi, tibbi yardıma görə ödəniş tibbi sığorta polisində (şəhadətnaməsində) nəzərdə tutulan şərtlər əsasında icra edilir. Rusiya Federasiyasında yaşamaq hüququ əldə edən və qeydiyyatı olan şəxs səlahiyyətli sığorta kompaniyasına müraciət edə və yerindəcə MTS (məcburi tibbi sığorta) polisi ala və bununla da yaşayış yeri üzrə bələdiyyə tibbi təşkilatlarının xidmətindən istifadə edə bilər. Bu cür polis qeydiyyatda olduğu müddət ərzində ona tibbi yardımın bütün növlərindən istifadə etmək hüququ verir.

Bu sənəddə o da nəzərdə tutulur ki, müvəqqəti olaraq Rusiya Federasiyasına gəlmiş və yaşayan şəxslərə tibbi yardım göstərilərsə, onları dəvət etmiş fiziki və ya hüquqi şəxslərin həmin xərcləri ödəmək barədə zəmanətini almaq imkanı var və yaxud vətəndaş özü könüllü tibbi sığorta (KTS) polisini satın almaqla və ya pullu tibbi xidmətlər çərçivəsində bütün xərcləri sərbəst ödəyə bilər.

Könüllü tibbi sığorta (KTS) - sığorta hadisəsi baş verən zaman xüsusiləşdirilmiş təşkilatların, misal üçün sığorta kompaniyalarının hesabına keyfiyyətli tibbi yardım almağa və dərmanlara sərf edilən xərclərin kompensasiya edilməsinə zəmanət verən şəxsi sığorta növüdür.

Könüllü tibbi sığorta polisini həmin fəaliyyət növü ilə məşğul olmaq barədə lisenziyası olan istənilən təşkilat verə bilər. Sığorta edən bu sənəd əsasında konkret xidmətlər və həmin xidmətləri almaq üçün tibbi müəssisələr təklif edir. Aparıcı sığorta kompaniyalarının rəhbərlərinin fikrincə, mühacirlər üçün polisin qiyməti ildə 10 000 - 20 000 rubl təşkil etməlidir.

Yüksəkixtisaslı mütəxəssislər üçün könüllü tibbi sığorta polisinin dəyərini işəgötürən ödəyir. Lakin, çox vaxt mühacirlər yüksək maaşla təmin edilən işlərdə çalışmırlar və işəgötürənlər könüllü tibbi sığorta polisinin dəyərini ödəməkdə maraqlı olmurlar.