Детский сад
Biz bu yaxınlarda Azərbaycandan Moskvaya köçmüşük. Mən uşaqlarımı məktəbə (və yaxud uşaq bağçasına) necə qəbul etdirə bilərəm? Bunun üçün hansı sənədləri təqdim etməliyəm?

Xarici vətəndaşların uşaqlarının Rusiyanın dövlət və bələdiyyə ümumtəhsil müəssisələrinə qəbulu qaydalarını təhsil müəssisəsinin təsisçisi müəyyən edir. Praktiki olaraq, bu, o deməkdir ki, uşağın məktəbə yaxın yerdə qeydiyyatda olması onun həmin məktəbə qəbul edilməsi üçün əsasdır. İmtina üçün yeganə səbəb yalnız məktəbdə yerin olmaması ola bilər.

Miqrant qanunda - Rusiyada başqa ölkələrdən qələn insanların hüquqlarını kim qoruyur?

"Rusiya hamı üçün" internet portalının və Rusiya Hüquq və Məhkəmə informasiyası Agentliyinin birgə layihəsinin məqsədi diqqəti mühacirlərin probleminə yönəltməkdir. Nə etmək lazımdır ki, Rusiyaya gəlmiş MDB ölkələrinin sakinləri işəgötürənlərin yalanının və ağır vergilərin qurbanına çevrilməsinlər? Mühacirlər öz uşaqlarını Rusiya məktəblərində necə oxutdurmalıdırlar? Əgər mühacir xəstələnibsə, onun tibbi yardım almaq hüququ varmı? Mühacirlər nə üçün daha çox öz hüquqlarını bilir, rus dilini və vəzifələrini isə az bilirlər? Yüksək ixtisaslı mütəxəssislər bu suallara cavab verirlər.