Azərbaycan Respublikasının Rusiya federasiyasındakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin Deputatı, Heydər Əliyev fondunun prezidenti Mehriman Əliyevanı Azərbaycan respublikasının birinci vitse-prezidenti secilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Mehriban xanım,

Sizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz xəbəri şəxsən məni və Azərbaycan respublikasının Rusiya Federasiyasındakı kollektivini çox sevindirdi.

Sərəncamın tarixi əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etmək istəyirəm ki, Şərqdə ilk dəfə qadınlara səsə hüququ verilmiş dövlətdə qadının belə yüksək vəzifəyə təyin olunması olduqca qürürvericidir.

Sizin uzun illər Prezidentimizin yaxın silahdaşı, Azərbaycan respublikasının Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətiniz, xalqımızın Sizə olan sevgi və hörməti bu təyinatı labüd etmişdir.

Sizi Ürəkdən təbrik edir, ali missiyanızda yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Tam əminəm ki, Siz Birinci Vitse-Prezident kimi gələcək fəaliyyətinizlə vətənimizin bundan sonra da inkişafına öz töhvənizi verəcək, bizim xalqımız və dövlətimiz üçün qürurverici və xeyirxah içlər görəcəksiniz.