Rusiya Dövlət Duması keçmiş SSRİ vətəndaşlarına üç il ərzində — 2020-ci ilə qədər Rusiya pasportunun verilməsi prosedurunu sadələşdirilməsinə dair qərar qəbul edib.

"Sovet İttifaqının dağılmasında faciəvi məqamlardan biri də odur ki, bir çox ailələr müxtəlif dövlətlərdə qaldılar. Əlbəttə ki, biz bunun nəticələrini tam aradan qaldırmağı bacarmarıq, lakin biz bu insanlara kömək edə bilərik", — RF Dövlət Dumasının qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov deyib.

Sənəd 2002-ci ilin noyabrın 1-ə qədər Rusiyaya gəlmiş və vətəndaşlığı və ya yaşamaq üçün icazəsi olmayan keçmiş SSRİ vətəndaşlarına və onların uşaqlarına aid edilir.

Bundan əlavə qanun həmçinin Rusiyaya 2012-ci ilə qədər gələn və sənədlərini itirən keçmiş Sovet İttifaqının vətəndaşlarına da şamil olunur.