Moskvada Belarusiya Respublikasının səfirliyində Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 72-ci iclası keçirildi. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərliyi ilə nümayəndə heyyəti təmsil etdi.

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 2016-ci il üçün nəzərdə tutulmuş sonuncu iclasının gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə aid məsələlərin geniş kompleksi, maliyyə və iqtisadiyyat sahəsində aktual məsələlərin həllinə dair birgə fəaliyyət planının müzakirəsi daxil edilib.

0

İclas iştirakçıları dəmiryol nəqliyyatı sahəsində razılaşdırılmış tarif siyasətinin yaradılmasının,azad ticarət zonası haqqında müqavilənin müddəalarının yerinə yetirilməsinin, MDB ölklərinin 2020-ci ilədək İqtisadi İnkişaf Strtegiyasının ikinci mərhələsinin həyata keçirilməsinin gedişini müzakirə etdilər.

Bundan başqa MDB ölkələrinin atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində əməkdaşlığına dair çərçivə proqramı, MDB məkanında malların gömrük qiymətlərinin müəyyənləşdirilməsinə nəzarət üçün informasiya mübadiləsi barədə saziş layihəsi, habelə istehlakçıların hüquqi maarifləndirilməsi məsələləri müzakirə olundu.

İclasda bir sıra büdcə və maliyyə, təşkilati məsələlər də nəzərdən keçirildi

İqtisadi Şuranın növbəti iclasının 17 mart 2017-ci ildə Rusiya paytaxtında keçirilməsidə qərara alındı.