Rusiya Federasiyasının mərkəzi şəhəri Moskvada "Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilib.

Ölkənin Federal Məclisinin orqanı olan "Parlamentskaya qazeta" nəşrinin mətbuat mərkəzində baş tutan dətirmi masanı əsas mövzulari 25 il ərzində Azərbaycan, Əldə olunmuş uğurlar və Rusiya Azərbaycan münasibətləri və onun inkişafı oldu.

Tədbiri giriş sözü ilə acan Azərbaycanın Rusiyadakı baş diplomatı Polad Bülbüloğlu qeyd edib ki,  Azərbaycan ilə Rusiya arasında münasibətlərin qədim tarixi var. Azərbyacan xalqının müstəqillik mübarizəsinin dönüş nöqtəsinə çevrilmiş 1990-cı ilin 20 yanvar faciəsini  xatırladan səfir bildirdi ki, Azərbaycan müstəqillyinin qanı ilə ödəyib. "Bu hadisə Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Hətta ən loyal insanlar belə anladılar ki, vətəndaşlarını tanklar altına atan bir hakimiyyətin rəhbərliyi altında yaşamaq mümkün deyil".  

Azərbaycanın müstəqilliyinin ilk illərindən söz açan səfir ümummilli lider Heydər Əliyevin ölkənin müstəqil inkişaf yoluna qədəm qoymasında həlledici rolunu qeyd edib və bu yolun hazırki Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diskusiya iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycanın Qonşuları ilə münasibətin də dilə gətirən Polad Bülbüloğlu son 10 gündə Azərbaycanın və Rusiyanın məsul şəxslərinin qarşılıqlı səfərlərini xatırladaraq, bu səfərlərin münsaibətlərimizin intensivliyindən xəbər verdiyini söylədi və iki ölkənin prezidentlərinin — İlham Əliyev və Vladimir Putinin  təşəbbüsü ilə mütəmadi keçirilən Azərbaycan-Rusiya regional forumlarının, bir növ  intellektual Davosa çevrilmiş Bakı Humanitar Forumunun əhəmiyyətinini vurğuladı.  Nəzərə çatdırıldı ki, beynəlxalq müstəvidə də strateji xarakter daşıyan Azərbaycan ilə Rusiya arasında sabit münasibətlər dünyada baş verən proseslər baxımından olduqca vacibdir.

Səfir Azərbaycanın nəinki Rusiya ilə bütün qonşu dövlətlərlə gözəl münasibətə malik olduğunu qeyd edərək, yalnız Ermənistanla əlaqəmizin olmadığını dilə gətirdi.

"Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti sayəsində respublikamız ərazilərinin 20 faizini itirib, 1 milyona yaxın insan öz torpağında qaçqın və məcburi köçkünə çevrilib. Dünya ictimaiyyətinin bütün səylərinə baxmayaraq, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti üzündən bu problem həllini tapmır" deyən səfir, bu problemin həllində Rusiyanında həll edici rola malik olduğunu nəzərə çatdırdı.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü İqor Morozov nitqində Azərbaycan ilə Rusiya parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Rusiyada 14 min azərbaycanlı tələbənin təhsil aldığını, bu rəqəmin Rusiyada təhsil alan əcnəbi tələbələrin 10 faizini təşkil etdiyini vurğulayan İqor Morozov Azərbaycanın inkişafından da söz açdı. "Azərbaycan inkişaf edən bir ölkədir. Turizim sayəsində Azərbaycan dünya standartlarına cavab verir, göstərilən xidmət keçirilən tədbirlər buna acıq sübutdur" deyə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü bildirdi.

Hərbi ekspert Aleksandr Perenciyev Azərbaycanı Rusiya ilə regional qurumlarda daha sıx əməkdaşlığa çağırdı.  Natiq Rusiya ilə Azərbaycan arasında gözəl münasibətlərdən yox, Qarabağ probleminin həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılmasının vacibliyindən danışacağını bildirdi. Qeyd olundu ki, ilk növbədə gənclərin  Dağlıq Qarabağ problemi haqqında daha geniş məlumatlandırılması lazımdır ki, həqiqət qalib gəlsin.

Rusiya Dövlət Dumasının deputatı Olqa Kazakova isə nəzərə çatdırdı ki, Azərbaycan torelantlıq, qonaqpərvərlik ənənələrini daim qoruyub saxlayır. O.Kazakova Azərbaycan xalqının tarixin mürəkkəb dönəmində ümummili lider Heydər Əliyevin siyasəti sayəsində ölkədə dünyaviliyi qoruyub saxlamasını mühüm nailiyyət adlandırdı.

Rusiyanın Dövlət Dumasının deputatı Dimitriy Savelyev Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişaf etmiş dövlət olduğunu bildirərək, güclü bir orduya malik olduğunu da diqqətə çatdırdı.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın müstəqilik dövründə inkişaf yolundan danışaraq  bildirib ki, ümummili lider Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı regionun lider dövlətinə çevirib. O, Azərbaycanın neft strategiyası, ordu quruculuğu barədə məlumat verib, ölkə rəhbərliyinin  İslam dünyası, türk dünyası və MDB ölkələri ilə düşünülmüş siyasətindən danışıb.

Dəyirmi masa jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə sona yetdi.

İqbal Rüstəmov