Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə  Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Patriarx Kirill QMİ-nin rəhbərini səmimi salamlayaraq bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir. Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq deyib: "Dağlıq Qarabağda hələ də qan axıdılır. Mən son illər ərzində aparılan və Dağlıq Qarabağ münaqişəsinin radikallaşmasının qarşısını alan dialoqa töhfənizi yüksək qiymətləndirirəm.  Bu, çox xeyirxah və çətin missiyadır. İnsanlar tərəfləri barışdırmağa çalışarkən anlaşılmamaq riski ilə qarşılaşıralar. Sülhyaratma missiyasını həyata keçiriənlər sülhün ən böyük nailiyyət olduğunu anlayırlar".  Patriarx Kirill Şeyxülislam Allahşükür Pşazadənin  İslam lideri kimi rolunu qeyd edərək onun keçmiş SSRİ respublikalarının müsalmanarı arasında, eləcə də Rusiyada  böyük nüfuza malik olduğunu vurğulayıb. Azərbaycanda böyük rus diasporunun yaşadığını və rusların   Azərbaycanın həyatının mühüm amili olduğunu qeyd edən Patriarx Kirill deyib: "Eyni sözləri Rusiyada yaşayan azərbaycanlılar haqqında  deyə bilərik. Onlraın arasınnda çox nüfuzlu şəxsiyyətlər var. Ruiyada insanlar dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmırlar,  bərabər hüquqlara malikdirlər. Məhz müxtlif millətlərin nümayəndələrinə bu cür münasibt, çoxmillətli dövlət kimi, Rusiyanın unikal obazını yaradır. Azərbaycanın Pravoslav Yeparxiyası  həm də  sizin dəstəyinizlə müvəffəqiyyətlə fəaliyyət göstərir.Bakı Pravoslav Yeparxiyasının Dini-Mədəni Mərkəzinin açılması Azərbaycan hakimiyyəti ilə Pravoslav Yeparxiyası arasənda mehriban münasibətlərin parlaq nümunəsidir".

Rus Pravoslav Kilsəsinin başçısı müasir dövrdə insanların qarşılaşdığı əsas problemlərdən birinin terror olduğunu qeyd edərək, terrorla mübarizə işində Ruiya ilə Azərbaycanın mövqeyinin eyni olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin70 illik yubileyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevn təbriklərini çatdırıb. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi rəhbərinin toxunduğu məsələlər olduqca əhəmiyyətlidir. Dünyada baş verən hadisələr dini liderlərdən daha qətiyyətli addımlar atılmasını tələb edir. Bu gün bəzi qüvvələrin İslamın adından istifadə edərək qan tökməsi yolverlməzidie. A.Paşazadə dini liderlərin birləşməsinin dünyada gedən proseslərə müsbət təsir göstərəcəyinə əminlik ifadə ed. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə toxunan Allahşükür Paşazaə deyib: " Dözlətlərimizin başçıları bu istiqamətdə çox işlər görürlər. Qafqazda sabitliyi pozan, bəlkə də bu regionda qeyri-sabitliyin başlanğıcı olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində gördüyünüz işlərə görə sizə təəkkürümü bildirirəm. Biz münaqişənin dini zəminə keçməməsi, dinc yolla həlli  üçün göstərdiyiniz səylərə görə sizə minnətdarıq".

QMİ-nin rəhbəri Patriarx Kirillin terrorizm və ekstremizm ilə mübarizədə səylərinin də Azərbaycanda dəstəkləndiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubiley günlərində belə Dağlıq Qarabağ münaqişəsinin həlli problrmini yada salmasının Patriarx Kirillin insanpərvərliyindən və sülhsevərliyindən xəbər verdiyini qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və Bütün Rusiyan Partiarxı Kirillin 70 illik yubileyi münasibəti ilə təbrik məktubunu oxuyub. Məktubda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin ümumbəşəri dəyərlərin, sülhün və əminamanlığın, dinləraras dialoqun, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin təmin edilmısinə yönəldilmiş fəsliyətinin Patriarxa haqlı olaraq nüfuz və hörmət qazandırdığı vurğulanır.  Onun Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın dinlərarası və konfessiyalararası dialoqunun inkişafına  töhvəsinin Azərbaycanda yüksək qiymətləndirildiyi bildirilir.