Mehriban Əliyevanın iştirakı ilə Moskvanın Tretyakov qalereyasında Azərbaycan rəssmalarının əsərləri nümayiş olundu.

Rusiya Federasiysında ilin mədəniyyət hadisələrindən sayılan, Rusiya Dövlət Tretyakov Qalereyasında "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" adlı sərginin aşlışı olub.

Rusiya dövlət Tretyakov qalereyası, Rusiya Mədəniyyət nazirliyi, Heydər Əliyev Fondu və Mərdjani fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan rəssm sənətinin 1960 — 1980- ci illəri əhatə edən inciləri rusiyalılara təqdim olunmaqdadır.

Sərginin həm Azərbaycan, həm də Rusiya mədəniyyəti üçün önəmi isə açlış mərasimində iştirak edən mədəniyyət və dövlət xadimlərinin iştirakında və sərginin gələn ilin 26 Fevralına kimi davam etməsində görmək mümkündür.

Aclış mərasimində çıxış edən Azərbaycanın birinçi xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva ilk öncə sərginin reallaşmasına görə Teretyakov qalereyasına, Mərcani fonduna və Rusiya Mədəniyyət nazirliyinə təşəkkür edib. Azərbaycan mədəniyyətinin 60-80-ci illərinin sıçrayış illəri kimi qeyd edən Azərbaycanın Birinci xanımı bu illərdəki Azərbaycan mədəniyyət nümayəndələrinin dünyada şöhrət qazandığını və tanındığını bildirərək sərginin həmin rəssamların əsərlərini bir araya topladığını nəzərə çatdırdı.

Əsrginin Moskvada keçirilməsinin səbəblərindən danışan Heydər əliyev fondunun prezidenti Mehriban Əliyeva bunun Azərbaycan ilə Rusiya arasında olan sıx dostluq münasibətlərindən ərsəyə gəldiyini qeyd edib.

"Azərbaycan ilə Rusiyanı möhkəm tarixi bağlar bağlayır. Bizim mədəni əlaqələrimiz hər bir sahədə olduğu kimi yüksək səviyyədədir.Azərbaycanda rus dili qorunub saxlanılır və inkişaf etdirilir. Sərgidə isə Azərbaycan təsviri-incəsənət məktəbinin navatorları təmsil olunmaqdadır. Sərgilənən hər bir rəssam təkrarolunmaz fərddir və onlar Azərbaycan rəssamlıq məktəbinin yaradıçılarından olublar və elə də qalacaqlar. Siz sərgilənən səsrlərin sujetlərində vətən sevgisi, Abşeronun qızmar havası, Qarbağ təbiəti ilə tanış olacaqsınız" deyən Mehriban Əliyeva sərginin bir il ərzində ərsəyə gəlməsində əməyi olan hər kəsə bird aha təşəkkür edib, Azərbaycana səfərə dəvət etdi.

Çıxış edən Rusiya Baş nazirinin müavinin Olqa Qolodes nitqində Bakıya səfərini xatırladı. Dedi ki, Azərbaycan mədəniyyəti hər zaman özünün ahəngliyi ilə seçilib.Prezidentinın İlham Əliyevin Azərbaycan mədəniyyətinə ayırdığı diqqətdən də danışan Rusiya baş nazirinin müavini Olqa Qolodes, Moskvanın mərkəzində Heydər Əliyev fondunun dəstəyi ilə bu cür nəhəg sərginin açılışını iki ölkə arasındakı dostluq əlaqərinə töhvə verəcəyinə əminliyini ifadə etdi.

Rusiyanın Mədəniyyət Naziri Vladimir Medinski isə qeyd etdi ki, Tretyakov qalereyasının kolleksiyasına hazırda Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildi. Rusiyalı nazir vurğuladı ki, Bakı yaxınlığındakı Abşeron yarımadası xüsusi yaradıçılıq energetikasına malik bir məkandı və burada bir çox tanınmış Azərbaycan rəssamları yetişiblər.

Mərcani Fondunun prezidenti Rüstəm Suleymanov da çıxışında sərgiyə gələn hər bir mədəniyyət və incəsənət sevərin məyyus olmayacağını bildirdi. Heydər Əliyev fonduyla birgə lahiyyədən məmnunluğunu ifadə edən Mərcani fondunun direktoru, bu cür sərgilərin davamlı olaçağına inandığını nəzərə çatdırdı.

Daha sonra Heydər Əliyev fondunun Prezidenti, Azərbaycanın birici xanımı Mehriban Əliyeva və qonaqlar sərgiylə tanış oldular. Məlumat verildi ki, sərgi Tretyakov qalereyasının uzun müddətli lahiyyəsi cərcivəsində gerçəkləşdirilir. Lahiyyə çərcivəsində keçmiş SSRİ Respublikalarının tanınmış rəssamlarının həm qalereyada həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri təqdim olunacaq. Və indi ki ekspozisiya həmin silsilədən təqdim olunan ilk sərgidi. Bu sərgi Tretyakov qalereyasında, Azərbaycan Milli Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov,Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 66 əsəri nümayiş olunur.